Eldəniz Səlimov: Saxta seçkilər işğalçı dövlətin növbəti oyunudur

0

“Azərbaycanın işğal olunmuş ərazilərində qondarma Dağlıq Qarabağda “ Yerli özünüidarəetmə seçkiləri” keçirilməsi işğalçı dövlətin növbəti oyunudur. Bununla bağlı, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın bu addımını kəskin pisləyib, beynəlxalq hüquq normalarına zidd olduğu haqqında bəyanat verib”.

Millixəbər.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, dünyanın bir sıra dövlətləri bu saxta seçkini tanımadığını, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan suveren sərhədlərinə hörmət etdiklərini bəyan ediblər. Onun sözlərinə görə, dünya ölkələri münaqişəni beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olaraq beynəlxalq birliyin iştirakı ilə münaqişənin sülh yolu ilə həllini dəstəkləyirlər.

“Saxta seçkini keçirməklə qondarma rejimlə Ermənistan hakimiyyəti arasında ziddiyəti ortaya qoyur. Paşinyan öz adamlarını yerləşdirməklə qondarma Dağlıq Qarabağ klanını zəiflətmək uğrunda mübarizə aparır. Paşinyanın növbəti saxtakarlıqlarından biri olan “seçki şousu” beynəlxalq hüquqa zidd olan bir kampaniyadır. Bu əməlləri ilə Paşinyan yalnız özünü aldada bilər. Həyata keçirdiyi siyasət beynəlxalq hüquq və normalara ziddir”-deyə, deputat qeyd edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

fifteen + twelve =