Eldar Mehdizadə: Azərbaycan dövlətçiliyinin dirçəlişində Heydər Əliyevin xidmətləri danılmazdız

0

Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. 

Azərbaycanda dövlət müstəqilliyi yolunda mücadilə 1988-ci ildə xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra cərəyan etdi. Heydər Əliyevin gəlişindən sonra milli dirçəliş prosesi bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilərək, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olundu. Ulu öndərin Naxçıvanda parlament seçkilərinə qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana üz tutması, Heydər Əliyevlə təmasa can atması, insanlarla gündən-günə genişlənən çoxsaylı və kütləvi görüşlər Azərbaycanda milli azadlıq hərəkatının vüsət almasına və getdikcə daha mütəşəkkilləşməsinə müsbət təsir göstərməyə başladı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvan Ali Məclisinin sonrakı iclaslarının birində Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Ali Məclisin qəbul etdiyi qərarda SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyinin 20 Yanvar faciəsinə görə birbaşa məsuliyyət daşıdıqları göstərildi.Bir sözlə Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edir. Şükürlər olsun ki, İndi Azərbaycan regionda lider, dünyada söz sahibi, yüksək nüfuzu olan dövlətdir.

Bu gün fəxrlə deyə bilərik ki, əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan,Prezident İlham Əliyev tərəfindən uğurla davam edən Azərbaycan inkişaf etmiş nəqliyyat infrastrukturuna, bu sektorun fəaliyyətini tənzimləyən mükəmməl qanunvercilik bazasına malikdır. Respublikamız məhz özünün nəqliyyat kommunikasiyaları resursları ilə də beynəlxalq inteqrasiya proseslərinin fəal iştirakçısıdır. Ölkəmiz beynəlxalq yük və sərnişin daşımalarını uğurla və yüksək səviyyədə yerinə yetirir. Azərbaycanın nəqliyyat müstəqilliyinin genişləndirilməsi istiqamətində aparılan davamlı və məqsədyönlü iş nəticəsində nəqliyyat sisteminin inkişafına irihəcmli investisiyalar qoyulur, müasir beynəlxalq standartlara cavab verən avtomobil yolları inşa edilir və müasirləşdirilir.

Eldar Mehdizadə,

“Sumqayıt Nəqliyyat -1”Məhdud Məsuliyyətli Cəmiyyətinin qaraj rəisi

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

fourteen − 12 =