Elnurə Cavadzadə:Ulu Öndər Heydər Əliyevin təhsillə bağlı siyasət kursu, Prezident İlham Əliyev tərəfindən uğurla davam edir

0

“Təhsil millətin gələciyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sisteminin müasir tələblər səviyyəsinə qalxmasına həmişə diqqət yetirmiş, təhsilin cəmiyyətdə bütün sahələrin inkişafının intellektual bazisi olduğunu bildirmişdir: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Buna görə də Heydər Əliyev bu sahəyə xüsusi həssaslıqla yanaşır, istər SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən və istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra da təhsil sahəsindəki bütün problemlərin operativ həllinə və dövrün tələblərinə uyğun inkişafına qərar verərdi. Bunu onun təhsil sahəsindəki misilsiz xidmətləri də sübut edir.

Ümummilli liderimizin zəngin həyatı həmişə təhsillə bağlı olmuşdur: Ümummilli lider qeyd edirdi: “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam…Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun ,kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”.

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir.

 

Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır” İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür.

Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxma­mış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”. Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur.

Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev,Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti,  UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra illər və on illər uzunu davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.

 

Elnurə Cavadzadə

 Filologiya üzrə fəlsəfə doktoru, Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbın direktoru

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two × 5 =