Elvin: Yetər artıq, “Səni deyirlər” adlı sonsuz mahnıya son qoyun!!!

0

Müğənni Elvin Abdullayev “Səni deyirlər” mahnısına oynayıb sosial şəbəkədə yayan həmkarlarını tənqid edib.

Millixəbər.az xəbər verir ki, ifaçı bu mahnının sədaları altında oynayanlara səslənib:

“Yetər artıq, “Səni deyirlər” adlı sonsuz mahnıya son qoyun. Millət bezdi… Bəsdirin bu mahnını reklam elədiniz. Ara ifaçıları qoyaq kənara, başqa vaxtı efirdə Şövkət Ələkbərovadan, Rəşid Behbudovdan, Müslüm Maqomayevdən yekə-yekə danışan tanınmışlar ayıb deyil sizə?”.

Qeyd edək ki, İranda yaşayan cənubi azərbaycanlılar sözügedən mahnıya rəqs fləşmobu hazırlayıblar.(Axşam.az)

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × 2 =