Endokrinoloq Vüsalə Atakişiyeva: Polikistoz yumurtalıq sindromundan SÖZ AÇDI

0

Millixəbər.az saytının sizləri tibbi maarifləndirmək və sağlamlığınızı qorumaq üçün fəaliyyət göstərən “Həkimlə Biz” rubrikasının müsahibi  həkim-Endokrinoloq Vüsalə Atakişiyevadır.

– Polikistoz yumurtalıq sindromu nədir?

– Polikistoz yumurtalıq sindromu, qadın orqanizmində hormonal pozuntu nəticəsində yumurtalığın üzərində çoxlu sayda kiçik kistaların əmələ gəlməsidir. Normalda qadınlarda ilk menstruasiyadan (aybaşı) sonra kiçik folekullar əmələ gəlir. Həmin, əmələ gələn folekullardan birində, yaxud bir neçəsində hər ay yumurta hüceyrə əmələ gəlir və avulyasiya prosesi baş verir. Bundan sonra uşaqlığın daxili selikli qişası dağılır və menstruasiya baş verir. Amma, polikistoz xəstəliyində isə folekullar olur, lakin, yumurta hüceyrə əmələ gəlmir və bu səbəbdən də avulyasiya baş vermir. Belə halda isə yumurtalıq üzərində çoxlu sayda folekullar əmələ gəlir və onların içərisi maye (kista) ilə dolu olur və həmin follikullar böyüməyə başlayır və bunun hesabına yumurtalığın qişası bərkimiş, onun ölçhüləri isə xeyli artmış olur. Mədəaltı vəzidə insulin hormonu çox ifraz olunur ki, bu da yumurtalıqlarda, teka hüceyrələrdə kişi hormonunun, androgenlərin və testesteronun androgenlərin sələfini artırır deyə qanda kişi hormonu artmış olur. Artıq buna uyğun şikayətlər meydana çıxır. Bu xəstəlik zamanı əsas şikayət aybaşı pozğunluğu olur. Yəni ilkin aybaşıdan sonra passient şikayət edir ki, aybaşı gecikir. Hansı ki, hər ay aybaşı görməli insan, il ərzində cəmi 8 dəfə, yaxud daha az aybaşı dövrünü yaşayır, yaxud da aybaşı dövrü hətta 10 günə qədər uzana, anormal uşaqlıq qanaxmaları ola bilir. Üz və kürək nahiyəsində sızanaqlar əmələ gəlir, bədən və saçlarda tez-tez yağlanma, alın hissəsində tük tökülür, bədənin digər lazımsız hisslərində isə sərt tüklər əmələ gəlir. Xəstə vaxtında müalicə edilmədikdə əsəb sisteminin pozğunluğu, hiperinsulinemiya yaranır, bunun fonunda şəkərli diabet ikinci tip, piylənmə, hiperxolesterinemiya, ürək-damar sistemi tərəfindən patologiya və sonsuzluq yaranır, təzyiq yüksəlməsi, qanaxmalar müşahidə olunur və uzun müddət müalicə olunmadıqda isə süd vəzi xərçəngi və uşaqlıq selikli qişası xərçəngi meydana gəlir.

– Sözügedən xəstəliyin müalicəsi necə aparılır?

– Bu xəstəliyin əsas müalicəsi yoxdur. Müalicə simptomatik aparılır. Müalicədə əsas məqsəd qanda kişi hormonlarının aşağı salınması və sonsuzluğun aradan qaldırılmasıdır. Uşaq doğulduqdan sonra simptomatik müalicə qadının 40-45 yaşına qədər aparmalıdır ki, gələcəkdə süd vəzi və uşaqlığın selikli qişasının xərçəngi riski azalsın.

(+994 051) 431-13-14

“Həkimlə Biz”

 Zamin Maarifoğlu, Jalə Asiman

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × 1 =