Ermənilər niyə Tərtəri atəşə tutur? – VİDEO

0

Xəbər verdiyimiz kimi, dünən Ermənistan silahlı qüvvələri Tərtər rayonunu intensiv artilleriya atəşinə tutub.

Bəs ermənilərin Tərtəri niyə atəşə tutur?

Məsələ ilə bağlı “Caliber” “YouTube” kanalı maraqlı süjet hazırlayıb.

Süjetdə Ermənistan silahlı qüvvələrinin təkcə Tərtərdə deyil, cəbhənin bütün istiqamətlərində yerləşən digər rayonlarda da mülki əhalini hədəfə aldığı xüsusilə qeyd edilir.

Bildirilir ki, Azərbaycan Ordusunun cəbhə xəttində uğurlu əks-hücum əməliyyatları ermənilərin bu cür aqressiv fəaliyyətinə səbəb olur. Həmçinin, ordumuzun Ermənistan silahlı qüvvələrinin mövqelərinin daha da dərinliyinə sızmasının düşmənin artilleriya zərbələrini daha da artıracağı qeyd edilib.

Vurğulanıb ki, Tərtər düşmən üçün artilleriya zərbələri endirmək üçün çox rahat və cəbhə xəttinə ən yaxın məsafədə yerləşir.

Süjetdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu hücumla bağlı səsləndirdiyi fikirlər də yer alıb.

Həmin süjeti təqdim edirik:

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 − one =