Ermənistan KİV-ləri məlumatları təhrif edib

0

kivlerAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistan kütləvi informasiya vasitələrində Uruqvayın vitse-prezidenti və Senatının sədri Danilo Astorinin adından yayılmış məlumatlara münasibət bildirib.

SİA-nın xəbərinə görə, Hikmət Hacıyev deyib: “Ermənistan kütləvi informasiya vasitələrində, xüsusilə “azbarez.com” saytında Ermənistanda səfərdə olan Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin dekabrın 8-də Ermənistan Milli Assambleyasının sədri Qalust Saakyan ilə keçirdiyi birgə mətbuat konfransında “Uruqvay erməni soyqırımını tanıyan bir ölkə kimi “Dağlıq Qarabağ respublikası”nın da müstəqilliyini tanıyacaq ilk ölkə olacaqmı?” sualına cavabında Danilo Astori tərəfindən “Mənim ölkəm bu istiqamətdə işləyir” deməsi kimi məlumatlar yayılıb.

Məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyi Uruqvayın Xarici İşlər Nazirliyinə müraciət edib.

Bu müraciətə cavab olaraq, Uruqvay Xarici İşlər Nazirliyindən bildirilib ki, məsələ vitse-prezident və Senatın sədri Danilo Astori ilə aydınlaşdırılıb.

Danilo Astori bu məlumatın həqiqətə uyğun olmadığını, belə fikirlər səsləndirmədiyini və Uruqvayın rəsmi mövqeyinin münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarət olduğunu bildirdiyini deyib”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eighteen − three =