“Ermənistanda “seçsəniz də, seçməsəniz də baş nazir özüm olacam” prinsipi ilə hərəkət edildi

0

“Ermənistanda keçirilən seçki barədə məlumatlar ilk olaraq, Ermənistan vətəndaşları, mətbuat tərəfindən söylənilir. Bizim söylədiklərimiz də bir növ onların təkrarı olur”.Millixəbər.az-ın məlumatına görə  Bunu SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Ermənistanda seçki adına oyun oynanıldığını deyən B.Muradova söyləyib ki, bu seçkinin əvvəlcədən istənilən nəticəni verməsi üçün bütün addımlar atıldı, buna mane ola biləcək şəxslər, dairələr, təşkilatlar sıradan çıxarıldı, vətəndaşlar kifayət qədər qorxuduldu: “Ermənistanda “seçsəniz də, seçməsəniz də baş nazir özüm olacam” prinsipi ilə hərəkət edildi və nəticə də ortadadır. Buna görə də əvvəlcədən bəlli bir nəticə sadəcə təsdiq etdirilməli idi. Düşünürəm ki, Ermənistan vətəndaşlarının bu məsələyə münasibəti ortadadır və onlar özləri qərar verməlidilər. Əgər onlar seçkinin nəticələrini təsdiq etdirməklə, onun nəticəsində özünü legitimləşdirilən bir siyasi şoumenlərin rəhbərliyi altında yaşamaq, işləmək istəyirlərsə, bu, onların daxili həyatlarıdır. Amma hər halda regionda baş verən hadisə kimi bu, bizi də narahat edir və maraqlandırır”.

Vitse-spikerin sözlərinə görə, Ermənistanda keçirilən seçki barədə dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdırlar: “Seçki günü bu ən müxtəlif təzyiq və təhdid edən çağırışların edilməsi ilə keçirilən seçkilərə öz obyektiv münasibətlərini münasibət bildirməlidirlər”.

Seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözləntilərə gəlincə B.Muradova qeyd edib ki, bir çox ekspertlərdən fərqli olaraq o, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi həlledici dəyişikliklərə imza atılacağı qənaətində deyil: “Çünki elə seçkiqabağı da Dağlıq Qarabağda Ermənistan vətəndaşlarının xidmət etməsi və necə xidmət etməsi ilə bağlı səsləndirilən fikirlər, Paşinyanın özünün açıqlamaları-bütün bunların seçkiyə hesablandığını göstərirdi”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × 4 =