Evlərə optik internet çəkiləcək Açıqlama

0

Internet“Dövlət büdcəsindən 2015-ci il internetin inkişafı üçün 400 milyon manat vəsait ayrılıb. Biz bu siyasəti dəstəkləyirik. Artıq evlərə optik internetin çəkilməsi nəzərdə tutulub”. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz açıqlamasında deyib. O, internetin təhlükəsizliyi məsələsinə toxunarkən uşaqlarla bu məsələdə ciddi məşğul olmağın vacibliyini qeyd edib: “İnternetin təhlükəsizliyi uşaqlar üzərində daha çox problemə çevrilib. Əgər uşağa 1000 manatlıq kompüter və 10 mbit-lik internet alınırsa, daha sonra onun üzərində hər hansı nəzarət tətbiq olunmursa, bu hal “küçəyə atılmışlıq” sindromu kimi qeyd oluna bilər. Avropa nə qədər texniki nailiyyətlərə nail olsa belə, bir İngilis ailəsində kompüterin uşağın otağında olması yolverilməz haldır. Təəssüf ki, bizdə bu belə deyil”.

Uşaqların internetdən uzaqlaşdırılmasının doğru yol olmadığını qeyd edən Osman Gündüz düzgün istifadənin aşılanmağının vacib olduğunu ifadə edib: “İnternetin və kompüterin uşağın əlindən alınması da düzgün hal deyil. İnternetin faydalı tərəfləri üzə çıxarılmalıdır. Dünya internetdən sürətlə istifadə edir. Bizneslə məşğul olmaq, özünü təstiq etmək və bir çox inkişaf etdirmə sahələri internetdədir. Bundan düzgün və yeri gəldikdə istifadə olunmalıdır”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 − 9 =