Fərəh Əliyeva: AXC-nin 100 illiyi qeyd ediləndə atam övladının xoş günü kimi sevinirdi

0

Şirməmməd Hüseynov çox şərəfli və ləyaqətli ömür yaşayıb.

Millixəbər.az -ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva atası, görkəmli alim və tədqiqatçı Şirməmməd Hüseynovla vida mərasimində deyib.

O, vida mərasiminə gələn hər kəsə təşəkkür edib:

“Bu ömür yolunda qoyduğu miras Şirməmməd Hüseynovun təmiz adı, ləyaqəti idi. Atam həmişə Bakı Dövlət Universiteti özünün birinci evi hesab edirdi. O, 60 ildən çox burada çalışıb. Onun düşüncəsində BDU Azərbaycanın bir modeli idi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləndə atam ən əziz övladının ən xoş günü kimi sevinirdi”.

“Atam Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban Əliyevanın qayğısını görüb”, – deyə F.Əliyeva qeyd edib.

Qeyd edək ki, Ş.Hüseynovla vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two × 4 =