Fəzail İbrahimli: 20 Yanvar faciəsi Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi

0
“20 Yanvar hadisəsi xalqımızın şərəf, ləyaqət və eyni zamanda faciə tarixidir”. Bu fikri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.F.İbrahimli bildirib ki, Yanvar hadisələri Dağlıq Qarabağ məsələsi üzərində yarandı. Keçmiş SSRİ rəhbərliyi Azərbaycan xalqını susdurmaq, milli azadlıq mübarizəsini qırmaq üçün fürsət gözləyirdi. Bəzi hadisələrin baş verməsinə Kremlin özü şərait yaratdı ki, Bakıya qoşun yeritsin. Beləliklə, 1990-cı il yanvarnı 19-da Azərbaycana, Bakıya  hücum edildi. Hücumu kriminal adamlardan, narkomanlardan formalaşdırılan dəstələr həyata keçirdi.

“29 il əvvəl keçmiş Sovet ordusu tərəfindən törədilən bu qanlı aksiyalar nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin, Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. Sovet ordusunun vəhşilikləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Amma bu hadisə xalqımızın azadlıq mübarizəsini qıra bilmədi. Yanvar hadisələri tariximizdə qanlı hadisə kimi yazıldı.Bütün bu qanlı hadisələrdə  200 ildən artıq müddətdə xristan ağuşuna sığanan ermənilərin rolu böyük olub.
20 Yanvar faciəsi  baş verəndən sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. Ona görə də, hesab edirəm ki, 20 Yanvar şərəf və ləyaqət tarixidir. Bir təsəllimiz var ki, bu gün müstəqil Azərbaycan dövləti mövcuddur. Azadlığımız uğrunda mübarizə öz məntiqi nəticəsinə çatdı, xalqımız öz dövlətinin müstəqilliyini yenidən bərpa etdi. Bu gün müstəqil dövlətimizlə hər bir vətəndaşımız qürur duyur”-deyə, deputat qeyd edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

17 − seven =