Fikrət Quliyev:”Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatlar mövcuddur” MÜSAHİBƏ

0

Aparılan islahatlar iqtisadi inkişafın daha dayanıqlı olmasını təmin edir, eyni zamanda, vətəndaşların iqtisadi islahatlardan daha çox faydalanmasına imkan yaradır.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən  iqtisadi müşavirənin ölkəmizin sosial iqtisadi həyatında olduqca əhəmiyyətliliyini nəzərə alaraq  “Sosial-İqitsadi islahatlar və gələcək prespektivlər” mövzusunda Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru, iqtisad elmləri namizədi, dosent Fikrət Quliyevlə həmsöhbət olduq.

Fikrət müəllim iqtisadçı alim kimi fikrinizi bilmək istərdik. Prezidenti İlham Əliyevin yanında keçirilən son iqtisadi müşavirədən gözləntiləriniz və cənab Prezidentin müəyyənləşdirdiyi sosial-İqitsadi islahatlar nəticəsində xaqımız yaxın gələcəkdə hansı faydaları görə biləcək?

-Son iqtisadi müşavirədən sonra dünya mediasında ölkəmiz haqqında məqalələrin və nüfuzlu araşdırma mərkəzlərinin ekspertlərinin fikirlərinin analizindən sonra ortaya çıxan mənzərə bundan ibarətdir ki, artıq dünya Azərbaycan hakimiyyəti daxilində islahatçı qanadın qələbəsindən danışır. Bu sözsüz ki, artıq 2020-ci ildən etibarət nüfuzlu beynəlxalq reytinq agetnliklərinin hesabatlarında öz əksini tapacaq.  Azərbaycan artıq biznes mühitinin sabitliyinə, ədalətli vergi siyasəti və azad məhkəmə sistemi ilə dünyanın qabaqcıl ölkələri ilə yarışacaq. İqtisadiyyatının gücü, insan resursları və təbii sərvətlərlə zəngin, strateji coğrafi mövqeyə malik ölkəmiz bunun üçün bütün potensiallara malikdir.

Dünyada qəbul olunmuş belə bir qayda var ki, korrupsiya və rüşvətxorluq bütövlükdə iqtisadiyyatın inkişafının sürətini ləngidən, səmərəliliyi aşağı salan ən mənfi göstəricilərdən biridir. Ona görə də bu amilə qarşı sərt mübarizə aparılması və cənab Prezidentin bir daha kifayət qədər açıq və sərt şəkildə xəbərdarlıq etməsi bunu deməyə əsas verir ki, Azərbaycanda buna qarşı aparılan mübarizə daha da gücləndiriləcək. Düşünürəm ki, həm yeni mexanizmlərin yaranması, həm yeni fakt araşdırıcı, elektronlaşma mexanizmlərinin tətbiqi, şəfflığın artırılması korrupsiya və rüşvətxorluğun dairəsini xeyli azaldacaq”

bu il sosial təminatın gücləndirilməsi baxımından yadda qaldı. Bir tərəfdən minimum əməkhaqqı, pensiyalar artırıldı, sosial sferada vətəndaşları maraqlandıran kifayət qədər ciddi və əhəmiyyətli işlər görüldü: “Eyni zamanda, istismara alınmayan binaların istismara alınması ilə bağlı dövlət başçısı tərəfindən imzalanan müvafiq fərmana uyğun olaraq bina evlərində yaşayan mənzil sahiblərinin çıxarışla təmin olunması ilə bağlı aparılan tədbirlər xüsusi qeyd olunmalıdır.  Düşünürəm ki, bu istiqamətdə müəyyən addımın atılması vətəndaşlarımızı daha çox narahat edən məsələlərdən birinin yaxın zamanlarda həll edilməsi anlamına gəlir.hal- hazırda Azərbaycan vətəndaşını maraqlandıran sosial məsələlər dövlət başçısının diqqət mərkəzindədir. Xüsusən son aylar sosial təminatın gücləndirilməsi ilə bağlı atılan addımlar, ölkə başçısı tərəfindən fərqli problemlərin araşdırılması və həll edilməsi ilə bağlı verilən göstərişlər vətəndaşların sosial təminatının gücləndirilməsi, bütövlükdə iqtisadiyyatın inkişafı və inklüziv inkişaf baxımından çox vacibdir.

Təbii, atılan bu addımlar, görülən işlər bir daha təsdiq edir ki, Azərbaycanda sosial siyasət sistemli və yüksək şəkildə həyata keçirilir. Yuxarıda qeyd olunduğu kimi isə, prosesin davamlı xarakter alması əsas diqqət mərkəzindədir. Məhz bu fonda yeni islahatların reallaşdırılması da əsas gözləntilər sırasındadır.  Azərbaycan 2019-cu ilə struktur islahatları ilə yanaşı, sosial sferada aparılan islahatlar və sosial təminatın gücləndirilməsi ilə daxil olub:  Aparılan islahatlar iqtisadi inkişafın daha dayanıqlı olmasını təmin edir, eyni zamanda, vətəndaşların iqtisadi islahatlardan daha çox faydalanmasına imkan yaradır. Bu baxımdan Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə nəticəsi olaraq  həyata keçirilən islahatları qiymətləndirməklə yanaşı, növbəti aylar və illər üçün prioritetləri müəyyənləşdirdi“.

Düşünürəm ki, bunlar Azərbaycanda aparılan iqtisadi islahatların real nəticələrini özündə əks etdirir. Bununla yanaşı, ümumilikdə belə bir yanaşma var ki, bizim ehtiyatlarımız kifayət qədərdir, iqtisadiyatımız daha çox böyüyə bilər. Əslində aparılan iqtisadi islahat və yaranmış biznes mühiti iqtisadiyatımızın bütün sektrolarının daha sürətli və daha çox artmasına əslində imkan yaradır. Sadəcə, buna nail olmaq üçün ortada olan əngəlləri aradan qaldırmaq lazımdır. Bununla bağlı bir daha Ölkə Başçısı sərt xəbərdarlığını etdi. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatları mövcuddur. Bu ehtiyatları daha səmərəli istifadə etməklə, daha aktiv, dinamik şəkildə, bu ehtiyatları bir-birilə uzlaşdırmaqla, həm ümumi daxili məhsulda, həm qeyri-neft sektorunun inkişafında yaxşı nəticələr əldə etmək mümkündür”.

Millixəbər.az Zamin Maarifoğlu

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × four =