Fındıq sevdası başına bəla oldu – “Balakən” hotelində soyğun

0

Balakənə fındıq almağa gedən şəxs qarət olunub.

Millixəbər.az xəbər verir ki, hadisə Balakən rayonunda yerləşən “Balakən” adlı hoteldə qeydə alınıb.

Belə ki, Bakı şəhəri, Süleyman Vəzirov küçəsi 22/66 ünvanında yaşayan Mərdəni Qədir Əhəd oğlu hadisə ilə bağlı polisə müraciət edib.

O bildirib ki, fındıq almaq məqsədilə Balakənə gedərək, “Cümə” məscidi yaxınlığındakı hoteldə qalıb. Hoteldə ona məxsus olan qeydiyyat sənədi, 1900 ABŞ dolları və 150 manat məbləğində pul, eləcə də, bir ədəd 500 manat dəyərində “Samsung” markalı mobil telefonu oğurlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three + three =