Fitoterapevtlər Cəmiyyəti BİRGƏ tədbir keçirərək Həsən bəy Zərdabidən BƏHS edib-VİDEOREPORTAJ

0

22 iyyul 2019-cu il tarixdə  Azərbaycan Fitoterapevtlər Cəmiyyətinin,Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının  və Millixəbər.az İnformasiya portalının birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində  ilk təbiətşünas alim,Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və fəaiyyətindən bəhs edən “Fitoterapevtlər mətbuatın dostudur” adlı tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Fitoterapevtlər Cəmiyyəti”nin sədri, “Nərgiz Klinkası”nın baş həkimi,tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova mətbuat işçilərinin peşə bayramı münasibətilə təbrik etdi.Natiq Həsən bəyin təbabət sahəsindəki fəaliyyətindən,”Torpaq,su və hava” haqında əsərindən, insan sağlamlığında rolundan və tibbi maarifləndirici yönümdəki fəaliyyətindən söz açıb.

Sonra Millixəbər.az-ın  rəhbəri Zamin Zeynal çıxış edərək Həsən bəy Zərabinin təbabət sahəsindəki fəaliyyəti ilə yanaşı Mədəniyyət,Mətbuat tariximizdə önəmli xidmətlərinən danışaraq qeyd edib ki,Həsən bəy Zərdabinin həyati və faliyyəti indiki dövrümüzdə çalışan jurnalislər üçün örnəkdir.Baş redaktor Dövlət Başçısı İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğıdan,jurnalistlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması yönümündə fəaliyyətindən söz açıb.Z.Zeynal Fitoterapevtlər cəmiyyətinin sədri Məlahət Qəhrəmanovaya və Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədri Səkinə Babayevaya birgə tədbiri reallaşdırmaqda etdikləri təşkilati dəstəyə görə öz dərin təşəkkürünü bildirib. Tədbirdə Səkinə Babayeva Jurnalistlərin peşə bayramlarını təbrik edərək,onlara iti qələm arzuladı.Jurnalistlərlə peşəkar,səmərəli,milli maraqlara xidmət yönümündə işgüzar əməkdaşlığın vacibliyindən danışdı.Səkinə xanım Zamin Zeynalın birgə tədbir keçirməklə bağlı bu cür təşəbbüsünü yüksək qiymətləndirdiyini xüsusi olaraq vurğulayıb.

Sonra çıxış edən natiqlər, Həsən bəy Zərdabinin çoxşaxəli fəaliyyətindən,peşəkar jurnalistlərin cəmiyyətin informasiya ilə təminatı yönümündə önəmli xidmətlərindən ağız dolusu danışıblar.

Sonda tədbirin təşkilatçıları tərəfindən jurnalistlər diplom və hədiyyələrə layiq görülüblər.

Millixəbər.az


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four + two =