Fuad Heydərli : Gəlin xalqımız prezidentimizin addımladığı ağır və məsuliyyətli yolda ona dəstək olaq Çünki biz birlikdə güclüyük!

0

İnsan dünyaya göz açandan daim çalışır: kimisi özü üçün, kimisi ailəsi, kimisidə xalqı üçün…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqı üçün xidmətlərini danmaq qeyri mümkündür. Son 2 aya nəzər salsaq Prezidentimiz dünyaya Azərbaycan xalqının birlikdə necə güclü bir dövlət olduğunu, Azərbaycan gənclərinin yüksək intellekt və biliyə malik olduğunu, Azərbaycan xalqının öz milli mənsubiyyətinə və sərvətlərinə böyük dəyər verdiyini sübut etmişdir. O öz xalqına, gənclərinə inanmışdır. Bunu 2 fevral Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı zamanı çıxışında görmək olar. Dövlət başçısı tədbirdə nitq söyləyir:

Əziz gənclər, mən sizi qarşıdan gələn Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycanda Gənclər Günü 22 ildir ki, qeyd olunur. Bildiyiniz kimi, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq.
Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.

Bundan başqa Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib. Bununlada o, mədəniyyətimizə verdiyi dəyəri bir daha sübut edir.

Hər birimizə bəlli olduğu kimi Qarabağ münaqişəsi dünyaya səs salmışdır və səs salmaqadada davam edir. Bu münaqişənin həllinə dair Prezidentimiz öz səylərini göstərmişdir. Fevral ayının 15 ində keçirilmiş Münhen təhlükəsizlik konfransında bunu bir daha görmək mümkündür. Siyasi gündəmin prioritet mövzusu fevralın 15-i Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debatdır. Bu müzakirələr tam olaraq Azərbaycan Respublikasının Prezidentinin açıq üstünlüyü ilə baş tutdu.

N.Paşinyanın debat zamanı tarixi faktları təhrif etməsi, ingilis dilində normal danışa bilməməsi, həmçinin əsassız siyasi təhlili onu çıxılmaz və gülünc vəziyyətə saldı. Bunu beynəlxalq qurumların təmsilçiləri ilə yanaşı, Ermənistanın tarixçi və jurnalistləri də etiraf edirlər.

Günümüzə qayıdaq. Koronovirus (COVİD 19) pandemiyasının sürətlə yayıldığı bir zamanda Prezidentimiz xalqının sağlamlığı üçün bir sıra mühüm addımlar atmışdır.
Sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi, ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması,xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi, səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması, virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi barədə göstəriş vermişdir. Bundan əlavə o bir illik əmək haqqını Koronovirusla Mübarizə Gonduna ianə etmişdir.

Bu qeyd etdiklərimiz dövlət başçımızın sadəcə son 2 ayda göstərdiyi xidmətlərin sadəcə bir qismidir. Gəlin xalqımız prezidentimizin addımladığı ağır və məsuliyyətli yolda ona dəstək olaq! Çünki biz birlikdə güclüyük!

Bizbirlikdəgüclüyük!!

Fuad Heydərli : YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × four =