Gənc Yazar Əsmər Hüseyin Xan: Tanrı səni qorusun. Qarlı qışdan, Milana..!

0

Milana
Mən olduğum ölkəyə
Qış gələli çox olub!
Daha məndən bahar olmaz,
Yaz olmaz.
Mən olduğum ölkədə, daha günəş doğulmaz!..
Qarlı qışı göstərir bu ölkənin təqvimi…

Uzaq dur, ay balacam…
Sən,
xəyalını qurduğum qadının kölgəsisən…
Yuxularda gördüyüm uzaq şərq ölkəsisən…

Uzaq dur, ay balacam…
Burda səni soyuq tutar, qar döyər.
Mən ağ saçları saqqalına qarışmış,
elə həmin adamam.
Görsən, için göynəyər…

Hərdən dalıb gedirəm
Gözlərimin çəkdiyi
Yolun taa sonunacan…
Kiçilirəm Milana…
Kiçilirəm. Sən boyda olanacan…
Görürəm ki ordasan
Sən, yolun ən başında
Ora yolun sonudu mən tərəfdən baxanda…
Əynində mavi paltar
Əllərində uçurtmanın ipləri
Saçlarında çiçək var..

Əsmər Hüseyin Xan

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 × three =