Gənc yazar Aygün Sadiq dən yeni şeir: MƏNİ

0

MƏNİ

Bir sözüm var, gərək deyəm:
Sirr yuxuyam, yozun məni,
Açılmayan xəzinəyəm,
Tapmacayam, çözün məni.

 

Bir mən olub məndən çıxsam,
Ruh olub bədəndən çıxsam,
Tanrının yadından çıxsam,
ALLAH xatırlasın məni.

 

Ölümləri uyudacam,
Cəhənnəmi soyudacam,
Yenə dönüb qayıdacam,
Bir tərəfə yazın məni.

 

Ölüm məzara gəlməsə,
Arzusu qara gəlməsə,
Əməlim kara gəlməsə,
Günahımdan asın məni.

 

Yönümü tenqriyə allam,
Ya qalxıb yanında qallam,
Ruh olub bətninə dollam,
Doğmağa tələssin məni.

 

Əlim dünyadan uzundur,
Boyum səmadan uzundur,
Hicranım nədən uzundur?
Sınayır mı hüzün məni?

 

Səmalardan nur endirir,
Qəlbi eşqlə bəzəndirir…
Allah, necə sevindirir
İçimdəki səsin məni.

Millixəbər.az: Aygün Sadiq

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 × one =