Gənc Yazar Aygün Sadiqin Yeni Şeiri : “VARMI ONU GÖRƏN KƏS”

0

VARMI ONU GÖRƏN KƏS?

Onu gözlədiyim yer –
Uçuq hasarın yanı,
“Gözünü yum, əli ver,
Gəl dolanaq dünyanı”…
Sonra bir şeylər oldu,
Baxdım, yoxdur şən ömür,
İnsanlar xoşbəxtliyi
Əbədi qəbrə gömür.

Hasarın səngər üzü
Nələrə şahid oldu,
Savaş çıxdı… Mən qazi,
Qardaşım şəhid oldu,
Neçə-neçə arzunu
Zaman qoysa da yarı,
İllər əyə bilməyib
Adi bir daş hasarı…
Ağac, ağac hanı bəs?
Varmı onu görən kəs?
Hasar durur, ağac yox.

 

Çox sevdiyim çəməndə
Bir turac dolaşardı,
Mən də tüfəng üstündə
Atamla savaşardım,

Sonra bir gün necəsə
O yerlərə qayıtdım,
Yaddaşı keçib kəsə
Xatirəni ayıltdım,
Dayanıb çox səslədim,
Turac hanı? Turac yox.

 

Atam da dərdsiz idi
Çəliksizdi o vaxtda,
Bir gün gəldi, böyüdüm,
Baxdım, atam yataqda,
Dərdləri var,
Əlac – yox…

AYGÜN SADİQ

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 + two =