Gənc Yazar: Fəridə İlk Can “Günəşi unutdum”

0

Günəşi unutdum
Bu gedişin,
Nə gedişdi?
Bir gecədə saçlarımda
Ağ qaralar yer dəyişdi.
Bütün dünyanın işığın
Baxışlarımda qaraldıb
Gözlərinə yığıb getdin.
Ümidini yandıraraq
O buz kimi dodağına
Bir siqaret kötüyünü
Sıxıb getdin.

Bu gedişin nə gedişdi
Elə keçdinki ömrümdən
Xoşməramlı duyğularım
Sən danışan nağıllarım
Uzaq uzaq şimallarda azdı mənim
Məmləkətin divləriylə.tək qalmışam
Gəl birdə bununla baş aç,
Sanki dərdim azdı mənim

Səndən sonra yay olmadı,
Bütün sarı ayrılıqlar
Sərhəd cızdı yollarıma
Səndən sonra payızların
Xəzanların saraltmağa
Yer üzündə rəng qalmadı..

Sonra qəfildən qıs düşdü
Qar da yağdı
Buz da.tutdum
Soyuqladım keçənlərdə
Iynə dərman,yun corablar
İsti papaq,zoğallı çay
Belə..birtəhər ötüşdü..

Sənki məni tanıyırsan
Mən daxilən dörd divaram
Çöldən soyuq dəymir mənə
Çox üşüyür o kimsəsiz sol tərəfim,
Xəyalıma gəlsən yavaş,
Buz bağlayıb ürəyimin yol tərəfi

Sənsiz elə.üşüyürəm..
Bilsən necə üşüyürəm..

Sonra qəfildən qış düşdü
Qar da yağdı
Buz da tutdum
Səndən sonra bu dünyada
Bir istini
Bir Günəşi
Mən unutdum

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eleven + 1 =