Gənc Yazar Humay Nur: Xəyalları olan deyil,xəyalları ölənəm mən” (VİDEO)

0

Nağıyeva Humay 1995-ci il avqustun 1-də anadan olmuşdur.Ali təhsillidir.Azərbaycan Yazıçılar Birliyinin üzvü,Prezident təqaüdçüsüdür.”Yenə qonaq gəlib xatirələrin”(2013),”Heç kəs məni qınamasın”(2016)şeir kitablarının müəllifidir.”Günəşin Nuru”antologiyasının gənc şairlərindəndir. Ümumilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqənin qalibidir.

Millixəbər.az saytı gənc yazar Humay Nur- un “Xəyalları olan deyil,xəyalları ölənəm mən” şeirini oxuculara təqdim edir

Mənə daha təsir etmir,xəyanətə alışmışam
Zərrə-zərrə parçalanıb toz-dumana qarışmışam.
Əsl yaşım az olsa da səksən ilə barışmışam
Gələn dərdə,bəlaya da yerli-yersiz gülənəm mən
Xəyalları olan deyil,xəyalları ölənəm mən

Taleyimi heç sevmədim, “Uca Tanrım”sən bir də yaz.
Məndə hər fəsil olmayır,ya borandır,ya da ayaz
Ruhumda yaralar dərin,hamı saxta,hamı dayaz
Yuxuları “Bismillah”la,qan-tər ilə bölənəm mən.
Xəyalları olan deyil,xəyalları ölənəm mən.

Heç sarmayın,lazım deyil,təki açmayın yaramı.
Taleyimdən incimişəm,kimsə düzəltmir aranı
Məndə göy qurşağı yoxdur,sadəcə sevdim qaranı
Əhdi qara,taxtı qara,baxtı qara gələnəm mən.
Xəyalları olan deyil,xəyalları ölənəm mən.

Sarılmağa kimsə yoxdur,ey rüzgar,sən də əsmə sərt.
Üzümə yarpaq yerinə əsən yellər gətirir dərd.
Bivəfalar,biganələr adlarını qoyubdur “mərd”
Gərək sizin qarşınızda bir toz olam,ələnəm mən.
Xəyalları olan deyil,xəyalları ölənəm mən.

Ay vəfasız,nankor insan yalan dolu digər üzün
Önüm,arxam,sağım,solum ya təəssüf ya da hüzün.
Mənim qəlbim qap-qaradır,fərqi yox gecə-gündüzün
Çiçəkləri əllərində quruyan bir gəlinəm mən.
Xəyalları olan deyil,xəyalları ölənəm mən.

Dünənimə heyfslənir,heç bilmirəm sabahımı.
Sizlərə yazığım gəlir,bəsdir,almayın ahımı.
Bu şeirim də üsyan dolu,Allah,əfv et günahımı
Dizlərimi vurub yerə səndən rəhmət dilənəm mən
Xəyalları olan deyil,xəyalları ölənəm mən.

Millixəbər.az: Humay Nur

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

9 + 8 =