Generalın bağışladığı qaynı bəraət aldı

0

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət sərhədini qanunsuz keçmə, sənədləri saxtalaşdırmaqda və oğurluqda təqsirləndirilən Yusub Fəridə hökm oxunub.

Millixəbər.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə F.Yusuba qarşı irəli ittihamın sübuta yetirilmədiyi qeyd olunub və ona bəraət verilib.

Xatırladaq ki, general Emin Şəkinski proses zamanı məhkəməyə məktub göndərərək qaynını bağışladığını və şikayətçi olmadığını bildirmişdi.

Təqsirləndirilən F. Yusub Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır.

Bundan öncə bu işlə bağlı bir neçə şəxs ittiham olunaraq onlara hökm oxunub.

E.Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskaya onun evindən 60 min manat pul oğurlamaqda ittiham olunaraq axtarışa verilib. G.Şəkinskaya, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Onlara bu işdə kömək edən – Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovun məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə N.Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərdən Pənah Dadaşov və Raqub İsbəndiyarova 3 il, qalanlarına isə şərti cəza verilib.
Həmin zaman cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.

F.Yusubun cinayət işində zərərçəkmiş kimi general Şəkinski tanınıb.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

sixteen + 8 =