Ginekoloq Fəridə Rəsulova:FİBROMA qorxulu xəstəlik hesab edilirmi?

0
Millixəbər.az saytı olaraq sizləri tibbi maarifləndirmək və sağlamlığınızı qorumaq üçün fəaliyyət göstərən “Həkimlə Biz” rubrikasının müsahibi cərrah mama-ginekoloq Dr. Fəridə Rəsulovadır.

 – Erkən yaşda menstruasya (aybaşı) prosesi hansı səbəbdən dayanır və yaxud menstruasyanın erkən yaşda pozulması hansı xəstəliyin göstəricisidir və ya hansı xəstəliyə səbəb ola bilər?

Əger aybaşı tsikli 16- yaşına kimi baş verməyibsə, o zaman 1- li amenareyadan danışmaq olar. Əgər gənc xanım normal aybaşı tsikli keçirmişsə, sonradan 6 ay və ondan çox bir zamanda aybaşı görmezsə( təbii ki, fizioloji amenoreya deyilsə) bu zaman 2-li amenoreyadan söhbət gedə bilər. Səbəbləri müxtəlifdir. Hipofizin orqanik deyişiklerinə səbəb olan proseslər( śiś ve s.), yumurtalıqların fəaliyyətini pozan hər hansı bir amillər, endokrin pozğunluklar, psixi faktorlar, düzgün qidalanmamaq, yüksek prolaktın ve s. səbəbli ola biler.
 – Tibbdə Fibroma deyilən xəstəlik qorxulu xəstəlik hesab edilirmi? Öldürücü xarakter daşıyırmı?
El arasinda fibroma, fibromioma, mioma adı  ilə tanınan uşaqlıq törəmələrinin 3 növü mövcuddur: Subseroz; Intramural; Submukoz. Bəzi hallarda hər hansı bir simptompu biruzə verməyən bu xəstəlik USM neticəsində aşkar oluna bilir. Bezi hallarda isə böyük ölçülərə çatdıği təqdirdə qonşu orqanlara ( önden sidik kisəsi, arxadan düz bagırsaq) basqı edərək onların fəaliyyetinə mane ola bilir. Xəstələrin ginekoloqa müraciət etməsinə səbəb olan submukoz düyünlər daha çox uşaqlıq qanaxmarını yaratdıgı üçun tez aşkar oluna bilirlər. Bəzən heç bir təhlükəsi olmayan miomların, xəstənin həyatı üçün təhlükə yaradacağı istisna olunmur. Buna görə də heç bir şikayəti olmasa belə ən azı ildə 2 dəfə profilaktik məqsədlə , təhlükə törədəcək xəstəliyi aşkar etmək məqsədi ilə ginekoloqa müraciət etmək mütləqdir.
– Eroziya nədən yaranır?
 Eroziya anlayışı demək olar ki, əksər xanımlara tanışdır. Çox zaman müayinə zamanı təsadüf olunan , bəzən heç bir şikayəti olmayan qadınlarda eroziya aşkar oluna bilər. Hətta qız uşaqlarında belə eroziya rast gəlinir. Eroziya – uşaqlıq boynu selikli qişasının silindrik epitelinin öz ərazisindən kənara çıxaraq çoxqatlı yastı epitel hüceyrəsi ilə örtülmüş sahələrə keçdiyi zaman ( bu ektopiya adlanir) yaratdiğı yara sahəsidir. Silindrik epitel öz mühitində olmadiğı üçün, turş mühitin təsirinə məruz qaldiğı üçün, bəzi hallarda cinsi əlaqə zamanı travmaya uğradığı üçün yara şəklini alır – eroziya baş verir. Əslində ektopiya adlanan bu proses yara şəklini aldıqdan sonra eroziyaya çevrilir. Belə xəstələr bəzi hallarda cinsi əlaqədən sonra qanlı ifrazatın gəlməsindən və qarnın aşağı nahiyyəsində olan ağrılardan şikayət edirlər. Bəzi xəstəliklər, o cümlədən cinsi yolla keçən, əsas da virus mənşəli xəstəliklər eroziya yaranmasının əsas səbəblərindən biridir. Uşaqlıq boynu eroziyasını yaradan ve vaxtında aşkar olunmayan virus mənşəli HIV uşaqlıq boynu xərçənginə gətirib çıxaran əsas virus mənşəli infeksiyalardan biridir. Uşaqlıq yolunun bəzi xəstəlikləri uzun müddət müalicə olunmadiğı təqdirdə eroziyanin yaranması üçün şərait yarada bilərlər. Uşaqlıq boynu xərçənginin artmasının əsas səbəblərindən biri də onu törədən səbəblərin vaxtında aşkar olunmamasıdır. Ona gòrə ginekoloqların əsas məqsədlərindən biri xəstəyə keçirdiyi hər hansı bir xəstəliyin nə ilə fəsadlaşa biləcəyini məlumatlandirmaqdan ibarətdir. Xəstəlyi vaxtında aşkar etmək üçün şübhələndiyimiz halda uşaqlıq boynundan mikroskopik yaxma (PAP smear) alınır, kolposkopiya olunmasının vacib olduğu bildirilir, bəzi hallarda uşaqlıq boynundan biopsiya alınaraq ( bəzən bu mualicəvi xarakter daşıya bilir) histoloji müayinələrə gönderilir. Heç bir şikayəti olmadiği halda belə cinsi həyat yaşayan bütün qadınlar ildə ən azə bir dəfə həkim müayinəsindən keçməlidirlər. Bu onların gələcək həyatlarında qarşilaşa biləcəyi hər hansı bir fesadlaşmiş, bəzi hallarda artıq müalicəyə tabe olmayan xəstəliklərdən qorunması üçün ən yaxşi müsbət hal kimi qiymətləndirilə bilər.

(+994) 50 370-65-56

“Həkimlə Biz”

 Zamin Maarifoğlu, Jalə Asiman

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × 5 =