Ginekoloq Rəna Həsənəliyeva: “Qadınlarda da sonsuzluğun səbəbləri müxtəlifdir.”+FOTOLAR

0
Millixəbər.az sayıtının əməkdaşları “Həkimlə Biz” layihəsi çərçivəsində həkim ginekoloq Rəna Həsənəliyeva ilə tibbi maarifləndirici söhbət ediblər.

 

Həsənəliyeva Rəna Zakir qızı. Gəncə şəhərində orta məktəbi qızıl attestat ilə bitirdikdən sonra, 1994-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsinə qəbul olmuş və 2000-ci ildə bitirmişdir. 2000-2001-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasında terapevt kimi internatura keçmişdir. Sonra Rusiyanın Moskva şəhərində Seçnov akademiyasında mama-ginikologiya üzrə ordinantura keçmişdir. Artıq 2006-cı ildən Yeni nəsil tibb mərkəzində mama-ginekoloq vəzifəsində çalışır.

– Rəna xanım, dövrümüzdə bir çox ailələrin rastlaşdığı, geniş yayılmış bir problem var ki, o da sonsuzluq problemidir. Sizcə buna səbəb nədir?

– Sonsuzluğun səbəbləri çoxdur. Onlar müxtəlif ola bilər. Çox təəsüf ki, indi gənc ailələrdə olan sonsuzluğun günahkarı kimi yalnız xanımları görürlər. Amma bu tamamilə yanlış yanaşmadır. Hansı ki, hətta dünyada sonsuzluğun səbəbləri əsasən kişilərdə aşkar olunur. Ümumiyyətlə sonsuzluqla bağlı şikayət edən ailələrdə ilk növbədə yoxlanılan analiz spermoqramma olmalıdır, yəni kişinin faizi. Əgər faizdə problemi yoxdursa, o zaman biz xanımları yoxlamağa başlayırıq. Qadınlarda da sonsuzluğun səbəbləri müxtəlifdir, çoxdur. Bunlardan saya bilərik uşaqlıq ilə bağlı olan problemlər, boru problemləri, yumurtalıq ilə bağlı olan problemlər, və sair…. Amma indi ən çox rast gəlinən problemlər yumurtalıq ilə bağlı olan problemlərdir. Bunun konkret səbəbləri Tibb elmində yüz faiz göstərilmir. Səbəb xanımın uşaq yaşlarında aldığı hər hansı bir zədə alması, yaxud immunitet çatışmazlığı, yaxud da indi gənc qızlarımızın daha çox meyilli olduğu pəhrizlər ola bilər. Çünki, xanımlar çox zaman artıq çəki yığmışam deyil kəskin pəhriz qəbul etmək əvəzinə ümumiyyətlə ac qalırlar ki, bu da sonsuzluğa aparan yollardan biridir. Yaxud da əksinə ola bilər. Həddən artıq çəki də bəzən sonsuzluğa səbəb ola bilir. Daha sonra səbəb ola bilər cinsi yolla keçən infeksiyalar, yaxud Düzgün edilməmiş appendisit əməliyyatı, kiçik yaşlarında ximiya almaq. Çünki, rastlaşmışıq bu hal ilə ki, xanımda uşaq yaşlarında bədxassəli şiş, el arasında xərçəng kimi tanınan şiş aşkarlanıb, buna görə xanıma ximiya olunub bu isə artıq bu gün xanımın ana olmasını tamamilə əngəlləyir.

– Doktor, gənclərdə sizcə öz gələcəyi üçün ailə qurmazdan əvvəl məsuliyyət dərk edib sizə müraciət edənlər olurmu?

– Bəli, olur. Əsasən xanımlar müraciət edirlər. Öz gələcəkləri üçün zəmanət almış olurlar. Bu çox yaxşı haldır. Biz həkimlər də Xanımlara gələcəkdə təbii doğuş ilə ana olmağı tövsiyyə edirik. Mümkün qədər keysəriyyədən kənar olmağı məsləhət görürük.

– Süni mayalanma ilə bağlı hazırki nəticələr sizi qane edirmi ginekoloq olaraq?

– Mən süni mayalanma etmirəm, amma onu qeyd edim ki, bizdə artıq bu sahədə də kifayət qədər bilikli mütəxəssislər var. Doğrudu bu barədə heç bir həkim 100 faiz zəmanət verə bilməz, amma sevindirici haldır ki, çox zaman alınır.

– Son fikirlərinizi izləyicilərimizə bildirirdiniz.

– Sonda onu diqqətə çatdırmaq istəyirəm ki, indi tibb elə bir səviyyəyə çatıb ki, düşünmək lazım deyil ki, həll olunmayacaq situasiyalar var. Əsla belə deyil. İlk öncə sağlamlığınızı özünüz qoruyun, özünüzün öhtəsindən gələ bilmədiklərinizi isə bizə etibar edin.

Millixəbər.az: Jalə Sarvanqızı


 

Tel: 055 734 57 97

 Facebook.com  Ginekoloq Rəna Həsənəliyeva

 İnstaqram: renahasanaliyeva

Ünvan: “Yeni nəsil” tibb mərkəzi

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two + 3 =