Göygöl rayon İcra Hakimiyətinin könüllülərinə sertifikatlar təqdim olunub.

0

Göygöl Rayon İcra Hakimiyyətində 2 ay müddətində təcrübə keçmiş könüllülərlə Rayon İcra Hakimiyyətinin başçısı müavini İçtimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova ilə görüş keçirilib.

Millixəbər.az ın məlumatına görə görüş zamanı K.İbrahimova çıxış edərək qeyd edib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Bu məqsədilə Göygöl Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır. Göygöl Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 2019-cu il tarixli, 14 nömrəli Sərəncamı ilə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hüseynov Vüqar İsax oğlu könüllülərlə iş üzrə koordinator təyin edilmişdir. 01 iyun 2019-cu il tarixdən könüllük fəaliyyətinə cəlb edilmiş 6 nəfərlə müqavilə bağlanmış, onlar üçün müvafiq təcrübə şəraiti yaradılmışdır.
Göygöl rayonu İcra Hakimiyyətinin könüllülər işin təşkili üzrə koordinatoru Vüqar Hüseynov çıxış edərək tədbirlər planına uyğun könüllülərin təcrübə müddəti ərzində Heydər Əliyev Mərkəzinə, Bayraq Muzeyinə və Asan Xidmət Mərkəzlərinə ekskursiyalar təşkil olunduğunu qeyd edib. Eyni zamanda kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması mövzusunda mütəmadi olaraq könüllülərə seminarlar təşkil olunduğunu bildirib.
Könüllülər Göygöl Rayon İcra Hakimiyyətində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirib, bu təcrübənin onların gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Sonda könüllülərə Sertifikatlar təqdim olunub.

Millixəbər.az 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

19 + eight =