Göygöldə Könüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

0

 

Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev Azərbaycan vətəndaşının sosial məsələlərinin həllini, onların sağlamlıqlarının qorunmasını prioritet məsələlərdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə indiyədək çox sayda layihələr icra olunub. Bu layihələr sırasında əhalinin sağlam ekoloji mühitdə yaşaması məsələsinə də xüsusi diqqət yetirilir.Ağacəkmə aksiyalarının keçirilməsi ölkəmizdə yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir və yaşıllıq zonalarının sahəsini artırır.

Millixəbər.az– ın məlumatına görə, Göygöl rayon İcra Hakimiyyətinin könüllülərlə işin təşkili üzrə koordinatoru Vüqar Hüseynov aksiya iştirakçıları ilə söhbət zamanı Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrdən söz açaraq birinci xanım Mehriban Əliyevanın bu sahəyə böyük diqqət ayırdığını bildirmişdir. Ölkəmizdə yeni yaşıllıqların salınmasında və mövcud yaşıllıq sahələrinin qorunmasında Heydər Əliyev Fondun töhfəsi olduqca böyükdür. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var. Bu baxımdan Heydər Əliyev Fondunun “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi xüsusi əhəmiyyət daşıyır.

Ağacəkmə aksiyalarının təşkili ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin aradan qaldırılması istiqamətində mübarizədə birgə fəaliyyətə səsləyir.5 Dekabr “Beynəlxalq Könüllülər Günün” ərəfəsində təşkil olunan bu aksiya həm də gənclərin ölkə üçün vacib layihə ətrafında birləşməsi ilə yadda qaldı.  Aksiyada gənclər, rayon sakinləri, könüllüləri fəal iştirak etdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.
İştirakçılar aksiyaya qatılmaqdan məmnun qaldıqlarını bildiriblər.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

14 − eleven =