Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimat günü keçiriləcək.

0
22 aprel 2019-cu il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçiriləcək.
Millixəbər.az  xəbər verir ki, Gülnar Səma AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. “Sözümüz sözdür” kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilib. Kitabının elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. Kitabın üz qabığının fotoqrafı Nofəl Ümiddir. İştirak etmək istəyən hər kəs təqdimata dəvətlidir.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

10 − 5 =