Gülnara Sultanqızı: Heç bir VİRUS xəstəliyinin spesifik müalicəsi YOXDUR+MƏQALƏ

0

İstəkli izləyicilər sizləri tibbi yeniliklərdən halı etmək və sağlamlığınızın vacibliyini düşünərək Millixəbər. az-ın “Həkimlə Biz” tibbi maarifləndirici rubirkası mama-ginekoloq, USM mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru Gülnara Sultanqızı TİBBİ maarifləndirici əhəmiyyətli məqaləsində posientləri maraqlandıran suallara aydınlıq gətirib.

 

Virusa yoluxmanın profilaktikası: plazmaferez yoxsa ozonoterapiya?

Məlumdur ki, heç bir virus xəstəliyinin spesifik müalicəsi yoxdur. Biz bunu uşaq vaxtı qızılca, su çiçəyi, A virus hepatitinə (sarılıq) məxmərəyə yoluxduqda öyrəndik. Müalicə simptomatik aparılır və xəstəliyin törədə biləcəyi fəsadlarla mübarizəyə, immunitetin qaldırılmasına yönəldilir. Bu tədbirləri, əsasən, sıradan qripə yoluxduqda da ev şəraitində özümüz aparırıq.

Bəs orqanizmimizin viruslara daha dayanaqlı olması üçün nələr edilməlidir?

Mütəxəssislər bir neçə vasitənin adını çəkirlər. Bu siyahıya, başqa vasitələrlə bərabər, plazmaferez və ozonoterapiya da daxildir.

Ümumiyyətlə, bu proseduraların mahiyyəti nədən ibarətdir və onlar viruslara necə təsir göstərir?

Ozonoterapiya üsulunun yaşı 100 ildən çoxdur. Hələ I Dünya müharibəsi zamanı ən primitiv yollarla ozon-oksigen qarışığı ilə zənginləşdirilmiş su ilə yuyulmuş yaraların daha tez sağalması, dəri təbəqəsinin tamlığının daha tez bərpa olunması müşahidə olunurdu.

 

Müasir zamanda bu proseduranı həyata keçirmək üçün müxtəlif tibbi avadanlıq ixtira edilib. Ozonun yalnız xaricə deyil, həm də daxilə istifadə yolları mümkün olub. Bunu həm mayelərin ozonlaşması, həm də birbaşa venoz qanın ozon-oksigen qarışıqla zənginləşməsi daxildir.

Ozonoterapiyanım bir neçə növü mövcuddur. Ən geniş yayılmış növlər isə bunlardır:

  1. Hemotransfuziya
  2. Məhlulların ozonlaşıb vena daxili yeridilməsi (fizioloji məhlul, qlükoza və s.)
  3. Yağların ozonlaşıb içmək üçün və ginekologiyada tamponlar olaraq istifadəsi
  4. Ozon torbaları
  5. Ozon-oksigen qazının birbaşa şprislə dərialtı piy qatına yeridərək yerli olaraq arıqlamağa nail olunması
  6. Ozonun plazma ilə qarışığı qırışlar əleyhinə kosmetologiyada istifadəsi və s.

Lakin biz burada ozonoterapiyanın ən geniş yayılmış növləri və istifadəyə göstəriş haqda məlumat verəcəyik.

Hemortansfuziya – damardan alınmış 250-270 ml venoz qanın 180 ml ozon-oksigen qarışığı ilə zənginləşdirdikdən sonra damcı yolu ilə vena daxili yeridilməsi.

Venoz qan: ozonlaşdırmadan əvvəl və sonra

Qanın tərkibində orqanizmə daxil olan ozon-oksigen qarışığı damarda qandan ayrılır, sərbəst radikallar yaradır ki, onlar da, öz növbəsində, qanda olan virusları əhatə edərək onları təcrid edir, artmağı əngəlləyir. Mütəmadi aparılan proseduralar nəticəsində isə mövcud virusların da sayının azalması müşahidə olunur. Yeri gəlmişkən, Moskvada Elmi-Praktik Ozonoterapiya Mərkəzi fəaliyyət göstərir ki, buraya müxtəlif diaqnozlarla müraciət edən pasientləri yalnız tibbi ozonla müalicə edirlər.

Ozonlaşmış qanın damcı yolu ilə vendaxili yeridilməsi

 

Birbaşa virusa təsir etmək üçün daha çox ozonlaşmış məhlullardan istifadə edirlər. Transfuziyadan fərqli olaraq bunu günaşırı istifadə etmək məqsədəuyğundur.

Fizioloji məhlulun ozonlaşdırılması

 

Son zamanlar ozonoterapiyanın daha geniş yayılmış növlərindən biri də ozon torbalarıdır. Bu üsul şəkərli diabet xəstələrində daha effektiv olur. Məlumdur ki, belə xəstələrdə “diabetik pəncə” adlandırılan ağır fəsad müşahidə olunur. Şəkər xəstələrində damarların funksiyası pozulduğundan bunu ilk növbədə aşağı ətrafların arteriyaları “hiss edir”. Nəticədə ayaqlarda qan dövranı zəifləməsi hesabına trofika, yəni qidalanma pozulur, nekrotik sahələr əmələ gəlir ki, nəticədə ayağın amputasiya etməyə məcbur olurlar.

Belə xəstələrdə ağır fəsadlarla qarşı-qarşıya qalmamaq üçün ozon torbalardan istifadə etmək məsləhət görülür.

Şəkərli diabet xəstəsinin aşağı ətraflarına ozon torbalarının tətbiqi

 

Birbaşa təri ilə təmas edərək ozon-oksigen qarışığı toxumanın qidalanmasını yaxşılaşdırır, qranulyasiyanı sürətləndirir, qan dövranını yaxşılaşdırır.

 

Ümumiyyətlə ozonoterapiyanın insan orqanizmində XX və artıq XXI əsrin xəstəliyi hesab olunan xroniki yorğunluq sindromu, beynin hipoksiyası kimi geniş yayılmış xəstəliklərin müalicəsində geniş istifadə olunur. Hamilə qadınlarda ümumiyyətlə medikamentoz müalicə ehtiyatla təyin edildiyindən viruslar aşkarlandıqda, dölün hipoksiyası zamanı və bir sıra yanaşı gedən xəstəliklərdə ozonoterapiya xüsusi əhəmiyyət kəsb edir.

 

Plazmaferezə gəlincə…

Bəzi eyni xəstəliklərin müalicəsində istifadə edilsə də, burada təsir mexanizmi tam fərqlidir. Plazmaferez qanda toplanan infeksiyalar, viruslar, allergenlər, toksinlər, hormonal disfunksiya zamanı toplanan ifrat maddələr və s. maddələrin qandan ayırıb plazma ilə bərabər orqanizmdən xaric edilməsidir.

Bu prosedura zamanı qanda olan bütün virus və infeksiyalar ( Herpes, CMW, toksoplazmoz və s. daxil olmaqla) mexaniki olaraq plazma ilə qandan ayrılıb xaric edilir. Yəni onların qanda faktiki miqdarı azalır.

 

Yuxarıda adı çəkilən proseduraların hansını konkret xəstəlikdə və hansı sxemlə istifadə edilməli barədə yalnız müalicə həkimi qərar verə bilər. Amma bu iki müalicə vasitəsi bir-birini əvəz etmir. Onlar hərəsi öz təsir mexanizmi ilə xəstəliyi müalicəsinə yönəlib.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nineteen − two =