Gün ərzində Azərbaycanın yaşayış məntəqələrinə 200-dən çox mərmi atılıb

0

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur”.

Millixəbər.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

O qeyd edib ki, artilleriya və raketlərdən istifadə olunur:

“Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

16 + 10 =