Günay Hüseynova: Koronavirus (Covid-19) Azərbaycan iqtisadiyyatından da yan keçmədi.

0

Dünya Bankı Maliyə resurslarının bölgüsünü təmin edən və qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən bir təşkilatdır.Bu qurumun qarşısına qoyduğu əsas məqsədlərdən ən başlıcası ölkələrdə sabit və davamlı inkişafa nail olmaq,yoxsulluğun səviyyəsini minumuma endirməkdir.Dünyanın müxtəlif ölkələrində olduğu kimi ölkəmiz Azərbaycanda da iqtisadiyyatın və bir çox sosial-mədəni sahələrin inkişafında bu təşkilatın əvəzsiz rolu olmuşdur.Dünya Bankı ilə ölkəmiz artıq 28 ildir əməkdaşlıq edir.Bu qurum ilə ölkənin iqtisadi inkişafı üçün investisiya axınına nail olmaq,Dövətin instusional imkanlarının artırılması,neft ehtiyatlarının səmərəli istifadə edilməsi və digər iqtisadi aspektər baxımından əməkdaşlıq edilməkdədir.

Millixəbər.az Olkepress.com-a istinadən  xəbər verir ki, İqtisadçı Günay Hüseynova açıqlama verərkən onu da qeyd edib ki, Əməkdaşlıq çərçivəsində Azərbaycan iqtisadiyyatı 3 dəfə artmış bu dönəm ərzində makroiqtisadi sabitlik qorunmuşdur.

Birləşmiş millətlər təşkilatının ixtisaslaşmış qurumu olan Dünya Bankının əsas məqsədi iqtisadi keçid dövründə olan inkişaf etməkdə olan ölkələr başda olmaqla digər üzv ölkərin iqtisadi inkişafına nail olmaqdır.Bu qurum ile ölkəmiz 1992 ci ildən əməkdaşlıq etməktədir, bu əməkdaslıq çərçivəsində ölkə əhəmiyyətli bir çox layihələrə imza atılmışdır.Prezident İlham Əliyevlə Dünyanın Bankının yeni Vitse Prezidenti xanım Anna Byerde ilə həmçinin Bankın Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilmişdir.Konfras zamanı Post Pandemiya Böhranını idarə etmək üçün orjinal strategiyaya ehtiyac duyulduğu bildirilmişdir.
Bütün dünya ölkələrini öz təsiri altına alan Koronavirus (Covid-19) Azərbaycan iqtisadiyyatından da yan keçmədi.Son altı ay ərzində ölkə iqtisadiyyatında 2 % azalma müşahidə edilmişdir.İl sonunadək isə iqtisadi artım templərinin zəifləməsi və istehsalın çox da kritik olmayan səviyyədə aşağı düşməsi müşahidə olunacaqdır.Bu da Ümum Milli Məhsulun həmçinin də Ümum Daxili Məhsulun staqnasiyası ilə xarakterizə olunur.Əsasən bu iqtisadi konyektura iqtsadi partlayışdan sonra gəlməkdədir və əgər qarşısı alınmazsa resessiyayadan depressiyaya keçəcəkdir ölkə iqtisadiyyatı.Neftin qiymətinin kəskin düşməsi həmçinin də virusla əlaqədər müxtəlif sektorlarda xərclərin artmasıyla əlaqədar olaraq ölkə iqtisadiyyatı fiskal şoklara məruz qalmışdır.Bunun üçün də bizim orjinal strategiyanı təşkil etməli,optimal balans Səviyyəsini tapmalıyıq.

İqtisadçı ekspert GÜNAY HÜSEYNOVA

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eleven + 15 =