
Gündəm / İqtisadiyyat / Sosial / Bölgə
29.09.2026, 13:20
Tahir Mirkişili Sumqayıtda vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıt şəhərində vətəndaşların növbəti qəbulunu keçirib.
Qəbul zamanı şəhər sakinlərinin müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Vətəndaşlar tərəfindən sosial, məişət və digər məsələlərlə bağlı səsləndirilən müraciətlərə baxılıb.
Görüş çərçivəsində müraciətlərdə əks olunan məsələlərin həlli istiqamətində görülə biləcək tədbirlər müzakirə edilib, aidiyyəti qurumların səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı müvafiq addımların atılmasının vacibliyi qeyd olunub.
Deputat Tahir Mirkişili vətəndaşların müraciətlərinin diqqətlə araşdırılmasının və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər nəzarətə götürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

















