Azərbaycan COP29-da bütün dünyanın ETİMADINI DOĞRULTDU
Bir neçə gündür ki, Azərbaycanın COP29-a möhtəşəm ev sahibliyi etməklə Azərbaycan beynəlxalq arenada fəal rolunu və təsir gücünü bir daha sübut etdi.
Dünyanın 200-dən artıq ölkəsinin yekdil qərarı ilə bu əlamətdar tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusən də iqlim dəyişikliyi ilə bağlı məsələlərdə etibarlı tərəfdaş kimi qəbul edildiyinin göstəricisidir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, COP29-un sədri kimi Azərbaycan həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr arasında konsensusun əldə edilməsinə çalışacaq. Bu, Qlobal Cənub və Qlobal Şimal arasındakı əlaqələri gücləndirərək dünya ölkələri arasında iqlim məsələləri ilə bağlı daha sıx əməkdaşlıq üçün zəmin yaradacaq. Sözügedən yanaşma Azərbaycanın çoxşaxəli diplomatik siyasətinin davamı və çoxtərəfli əməkdaşlığa sadiqliyinin sübutudur.
“Azərbaycan qoşulmama hərəkatna sədrlik etdiyi zaman kiçik ada dövlətlərinə dəstək verib, bu gündə COP29-da kiçik dövlətlərin yanında durub. Azərbaycan gündəlik həyatlarında praktiki problemlərlə üzləşən kiçik ada dövlətləri ilə artıq təmas qurmağa başlayıb”. “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”, -dövlət başçısı bu çıxışı ilə ədalətsizliyə qarşı çıxdığını və həmişə əzilən, məzlum xalqların yanında durduğunu əməli işgüzarlığı ilə təsdiq etdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlara çıxış edən dövlət və hökümət başçılarına diqqət çəkərək qeyd edir: “Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazir. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!” Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışdı. Bildirdi ki, əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir. Onda bir sual ortaya çıxır: Nə üçün Fransa Azərbaycana qarşı hər zaman qərəzli siyasətlə çıxış edir?
Məlum məsələdir ki, rəsmi Fransa Azərbaycan dövlətinin müstəqil, hüquqi,iiqtisadi siyasət yeritməyini istəmir, bu bir fakdır ki, Fransa və Niderland kimi ölkələri Azərbaycanın Ermənistan kimi xaosa, anarxiyaya sürükləyib, sonra açıq-aşkar Azərbaycanın apardığı uğurlu siyasətinə müdaxilə etmək istəyir. Ancaq Fransa bir məsələni unudub ki, Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan o illərin Azərbaycanı olmadığını ilk öncə 44 günlük Vətən müharibəsində, sonra 23 saatlıq antiterror əməliyatları zamanı, daha sonra isə COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə
bütün dünyada öz layiqli yeri və rolunu göstərdi.
Zamin Zeynal,
Müasir İnternet Resuslarının İnkişafı İctimai Birliyi nin sədri
Zamin Zeynal
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.