Hədəfə çevrilən Qətər haqqında maraqlı gerçəklər: Cəmi 700 min qadın…

0

Körfəz ölkələrinin bir anda bütün münasibətlərini kəsdiyi Qətər bir anda təkləndi.

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Liviyanın aldığı qərar bir çox insana zərər vurdu.

Körfəz ölkələri Qətərdəki öz diplomatik elçilərini geri çağırdı. Daha sonra Qətər vətandaşlarına da öz ölkələrindən çıxmaq üçün 14 gün vaxt verildi.

Sözün əsl mənasında təklənən Qətər dövləti haqqında bilmədyiniz maraqlı faktları sizlərə təqdim edirik.

Qətər olduqca müasir bir dövlətdir. 1971-ci ildə müstəqilliyini elan edən Qətər əvvəllər ingilislərin əsarəti altında idi.

Modern Katar çok yeni bir devlet.

Ölkənin idarəçiliyi konstitusiyalı monarxiyadır. Qətərin prezidenti əmir kimi qeyd edilən Tamim bin Həməd al Tanidir. Qətər xəritədə qonşularına nisbətdə ərazi baxımında çox kiçik bir dövlətdir.

Ülkenin yönetim şekli üniter anayasal monarşi.

Qətərin yalnızca bir dövlətlə sərhəddi var, o da Səudiyyə Ərəbistanı ilədir. Qətərin əhalisi 2.3 milyon nəfərdir.

Ölkədə xeyli xarici vətandaşlığı olan fəhlələr işləyir. Bu fəhlələr adətən Pakistan, Hindistan və Banqladeş kimi ölkələrdən gəlirlər.

2022-ci ildə FiFA dünya kuboku da Qətərdə keçiriləcək. Qətər bu turnir üçün bir neçə müasir stadion da tikdirir.

2022 FIFA Dünya Kupası Katar'da yapılacak.

Bir çox insan Qətərin bu qədər zəngin bir dövlət olmasını neft ilə əlaqələndirir. Lakin Qətər dövləti ən çox təbii qazdan gəlir əldə edir.

Bu dövlət dünyanın ən çox təbii qaz ixrac edən 3 ölkəsindən biridir. Eyni zamanda ehtiyat təbii qazının olmasına görə də ilk üçlükdədir.

Ölkədə cəmi 700 min qadın var. Qalanı isə hamısı kişidir. Adambaşına düşən milli gəlirə görə Qətər dünyada birinci yerdədir.

Belə ki, ölkədə adambaşına dövlət büdcəsindən illik 127 min dollar düşür.

Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdəki ən böyük hərbi bazası Qətərdə yerləşir. El Udeid hərbi hava bazasında 10 min ABŞ əsgəri var. ( musavat.com)

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

2 × 4 =