Həkim-infeksionist Afət Əkbərova QURD xəstəliyindən danışdı+MÜSAHİBƏ

0
 Dəyərli izləyicilərimiz! Millixəbər.az saytının sizləri maarifləndirmək və səhhətinizi qorumaq üçün fəaliyyət göstərən “Həkimlə biz” rubrikasının bu dəfəki müsahibi Həkim infeksionist- parazitoloq Afət xanım Əkbərovadır.
-Qurd xəstəliyini yaradan səbəblər və sözügedən xəstəliyin müalicəsi üsulları barədə nə deyə bilərsiniz?
– İnsan helmintozları (yəni qurd xəstəlikləri) əhali arasında ən geniş yayılmış xəstəliklərdir. İnsan sağlamlığına göstərdiyi mənfi təsirə və ölkələrin sosial-iqtisadi inkişafına vurduğu ziyanın miqdarına görə əminliklə demək olar ki, helmintozlar ciddi problem olaraq qalır. Məlum olan 250 helmint növündən Azərbaycanda 30 növü qeyd olunur və hər bir növün özünəməxsus müayinə və müalicə üsülu mövcüddur.
-Bu xəstəliklər nə kimi şikayətlərlə özünü biruzə verə bilər?
– Helmintozlar və, ümmumiyyətlə, parazitar xəstəliklər zamanı xəstələr ümumi halsızlıq, iş qabiliyyətin azalması, aşırı əsəbilik, iştahanın pozulmasından, ürək bulanmadan, baş və qarın boşluğunda ağrılardan, qanazlığından şikayət edirlər.
-Qurd xəstəliyi arıqlamaya səbəb ola bilərmi?
-Qeyd etdiyim simptomlarla yanaşı qurd invaziyası zamanı arıqlama və, ümmumiyyətlə, uşaqlarda fiziki inkişafın ləngiməsinədə səbəb ola bilər. .
-Helmintozlar qarın boşlugunda ağrılara səbəb ola bilərmi?
– Bir çox helmintlərə peroral-(ağızla )yoluxma baş verdikdən sonra qurdun sonraki inkişafı və parazitliyi mədə-bağırsaq sistemində davam edir və burada müxtəlif zədələnmə nəticəsində kliniki olaraq qarın boşluğunda ağrı, ishal və ya qəbizlik qeyd oluna bilər.
-Qurd xəstəliyini aşkar etmək üçün hansı laborator müayinələr lazımdır? -Helmintozların diaqnostikasında ilk növbədə nəcisin laborator müayinəsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, bir çox helmintlər insanın mədə-bağırsaq sistemində yerləşməsi nəticəsində onların yumurta və sürfələri xəstənin nəcisi ilə birgə bədəndən xaric olunur. Perianal büküşlərdən yaxma, qanın ümumi və seroloji müayinəsi, bununla yanaşı instrumental müayinələrin (USM, KT, MRT) nəticələri böyük rol oynayır.
-Qurd invaziya, yaxud parazitar invaziyanın allergik əlamətləri varmı?
-İnsan helmintlərlə yoluxduqdan sonra sahib orqanizm ilə parazit arasında mürəkkəb münasibətlər yaranır. Helmintin metabolitlərinin sensibilizə edici təsiri nəticəsində sahib orqanizmdə əksər hallarda allergik reaksiya baş verir.
-Sözügedən qurd xəstəlikləri irsi xəstəlik sayılırmı?
-Xeyr, bu xəstəliklər irsi qrup xəstəliklərə aid deyil.
-Müsahibəmizin sonunda tövsiyyəniz nə olardı izləyicilərimizə?
-Profilaktik tədbirlər hər bir müalicədən üstündür. Profilaktik tədbirləri görmək isə heç də çətin deyil. Gigiyenik qaydalara əməl etmək, əlləri tez-tez yumaq, qəbul etdiyimiz qidalara diqqət yetirmək, bir sözlə diqətli olmaq lazımdır ki, bu kimi xoşagəlməz hallar ilə üz-üzə qalmayaq.
 

https://www.facebook.com/afet.akperova

Mobil

(+994) 50 501-45-52

“Həkimlə Biz”

 Zamin Maarifoğlu, Jalə Asiman

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

9 + two =