Həkim-Kosmetoloq Sədəf Məmiyeva: Əməliyyatsız blefaroplastikadan danışdı

0

Millixəbər.az saytı olaraq sizləri maarifləndirmək və sağlamlığınızı qorumaq üçün fəaliyyət göstərən “Həkimlə Biz” rubrikası vasitəsi ilə həkim-kosmetoloq Sədəf Məmiyeva əməliyyatsız blefaroplastikadan danışıb.

Əməliyyatsız blefaroplastika nədir?
İnsan yaşlandıqca üz dərisi yerin cazibə qüvvəsi sayəsində sallanmağa başlayır. Bu səbəbdən bir neçə il öncəyə qədər ən çox da xanımlar üz gərməsi və göz qapaqlarının blefaroplastikası ( göz qapağı sallaqlığının və gözaltı torbalıqların aradan qaldırılması) əməliyyatına müraciət edirdilər. Lakin, elm və texnologiyanın surətli inkişafı bu sahədə də yeniliklərlə bizi sevindirdi. Son zamanlar əməliyyatların yerini müxtəlif kosmetoloji prosedurlar alır. Və blefaroplastikanı da ( yəni sallaq göz qapaqlarının aradan qaldırılması) aparat kosmetologiyasında etmək mümkündür. Xanımlar sallaq göz qapaqları və gözaltı torbalıqlardan bir neçə gün ərzində qurtula bilərlər. Prosedur ağrısız, heç bir əlavə təsiri olmadan keçirilir. Pasient 3-4 gündən sonra normal iş fəaliyyətinə dönə bilir. Prosedurun effektliyi artıq həmən vaxtdan hiss olunur. Prosedurdan sonra dəridə heç bir iz qalmır, göz yorğunluğu aradan qalxır, gözlər öz əvvəlki parlaqlığını geri qaytarır.

(070)800-79-75

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 − eleven =