Həkim -kosmitoloq Aybəniz Səmədova: Meyvə-tərəvəzlərdən istifadə etmək lazımdır.

0

Dəyərli izləyicilərimiz, Millixəbər.az saytında yayımlanan “Həkimlə Biz” rubrikasının bu dəfəki sayında sizləri sırf qadın gözəlliyini qorumaq üçün bu sənətə yiyələnən və ömrünün 15 ildən çoxunu seçdiyi bu şərəfli peşəyə həsr edən həkim –kosmitoloq Aybəniz Səmədova ilə tanış edəcəyik.

– Doktor, biz sizi qısaca da olsa təqdim etdik, amma daha yaxşı olardı ki, gözəlliyin sirləri haqqında bildiklərinizi danışmaqla sənətinizi özünüz təqdim edəsiniz.

– Gözəlliyin sirri deyəndə ki, ilk öncə onu vurğulamaq istərdim ki, insan cavan görünüşünü itirməmək üçün əsasən beynini, düşüncələrini, psixologiyasını qorumalıdır. Çünki, ürəkdəki, beyindəki neqativ düşüncələr, keyifsizlik daha tez insanı qocalda bilir. Çünki, insan fikirli olan zaman özündən bixtiyar qaşları çatılır, alnı düyünlənir, üzdə qırışlara səbəb olacaq başqa mimikalar yaranır və bu hal üz dərisini erkən qocaldır. Bu halların qarşısını almaq üçün mübarizə aparmaq lazımdır. Bunun üçün qəbul etdiyimiz qidalara qarşı da diqqətli olmaq mütləqdir. Gün ərzində çoxlu su içmək orqanizm üçün xeyirlidir, amma yaxşı olar ki, biz bunu axşam saat səkkizə qədər qəbul edək, səkkizdən sonra maye qəbulu səhər oyanarkən gözətrafı şişlər, üzdə bəzi ödemlər əmələ gətirir. Əslində çox zaman bunun fərqinə varmırıq, amma bu həqiqətdir ki, belə hallar gecə qəbul edilən mayenin nəticəsidir. Qida qəbul edərkən daha çox meyvə – tərəvəzlərdən, əsasən də “a” vitamini ilə zəngin meyvə – tərəvəzlərdən istifadə etmək lazımdır. Məsələn: kök, kahı, mövsümə uyğun olaraq çiyələk, ərik, qoz, nar və sair. Yeri gəlmişkən nar meyvəsinin özü olmayan halda nar şirəsindən istifadə etmək də dərini gözəlləşdirir.

– Doktor, el arasında tez-tez işlənən “gözəlliyin on sirri var” deyimi ilə razısınızmı? Sizcə bu 10 sirr hansılardır?

– Bəli, razıyam. Onlardan biri söhbətimin əvvəlində də qeyd etdiyim kimi beyini, düşüncələri qorumaq, sonra “bədən tərbiyəsi” deyirik, yəni hər səhər heç olmasa 15 dəqiqə qan dövranını yaxşılaşdıran bəzi idman hərəkətləri etmək, hər gün işdən sonra heç olmasa yarım saat təmiz havada gəzmək, çünki, təmiz hava, bol oksigen özü də üz dərisinə müsbət təsir edir.

– Doktor, demək olar ki, yay fəslindəyik artıq. Dərimizi günəşdən qorumaq üçün dəriyə necə qulluq etməliyik?

– Bəli, günəş şüası dəriyə xeyir olduğu qədər ziyanı da var. Ona görə də bu mövsümdə yaxşı olar ki, saat 11-dən, saat 18:00-a qədər insanlar günəşdən qorunsun, günəş altında olmasınlar. Bizdə günəş çox güclü olduğu üçün bizdə sbf 90 nəzərdə tutulur. Yaxşı olar ki, günəşli havada sbf- lərdən istifadə olunsun. Lakin, hər iki saatdan bir sbf kremləri təzələnməlidir. Çünki, sözügedən kremlər iki saatdan sonra öz təsirini itirir. Mən günəşdən danışdım, lakin dərini təkcə günəşdən deyil, küləkdən də qorumaq lazımdır. Bunun üçün də qoruyucu kremlərdən istifadə edilməlidir.

– Doktor, günəşdən qorunmaq üçün bəzən xanımlar ev şəraitində ağartı məhsullarından, məsələn, qatıqdan maska olaraq istifadə edirlər. Bu doğru vasitədirmi dəri üçün?

– Bəli, çox düzgün düşünülmüş bir vasitədir. Qatıq məhsulu dərini günəşin yandırıcı təsirindən qorumaq üçün çox gözəl vasitədir.

Millixəbər.az: Jalə Asiman


Mobil: (+994) 50 462-77-36   (055) 262-77-36

Ünvan: Məhəmməd Hadi küçəsi 41. Ulduz Beauty salonu

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 × 1 =