“Həmkara dəstək”müəllimlərin sınaq qiymətləndirməsi üçün əvəzsiz bir vəsaitdir+Kurikulum təlimçisindən AÇIQLAMA

1

nezMillixəbər.az-ın xəbərinə görə kurikulum üzrə təlimçilər tərfindən Elşən Qafaov və Ləman Babayevanın tərtib etdiyi “Həmkara dəsətək” metodiki  vəsaiti bölgə məktəblərində fəaliyyət göstərən müəllimlərin marağına çevrilib. Bunu redaksiyamıza gələn telefon zənglərindən, elektron poçtumuza daxil olan məlumatlardan tam aydın görmək olar. Bu günlərdə redaksiyamıza Ağdam rayon 139 saylı köçkün ümumi orta məktəbin direktoru Kurikulum telimçisi Nəzakət Məmmədovadan adı çəkilən kitabla bağlı maraqlı fikir və düşüncə ifadə olunan yazı daxil olub.Həmin yazını olduğu kimi sizlərə təqdim edirik.

Artıq bir neçə ildir ki,Azərbaycanda müasir təlim metodlarının tətbiqi layihəsi həyata keçirilir.Respublikamızın ümumtəhsil müəssisələrində fəal təlimin tətbiq  edilməsi təhsil islahatının ən zəruri məqsədlərindən biridir.Fəal təlimin tətbiqi zamanı qarşıda duran əsas vəzifələrdən biri öz qabiliyyətini gerçəkləşdirməyi bacaran,bunun üçün səmərəli yollar axtaran, biliklərə müstəqil yiyələnmək bacarıqlı,özünə inam hissi olan şəxsiyyət yetişdirməkdir.Özünüinkişafı bacaran  bu cür şagirdlər yetişdirmək üçün ilk növbədə müəllimlər və məktəb rəhbərləri daha fəal olmalı,təlim metodlarını dərindən mənimsəməlidirlər.Buna görə də respublikamızda 2008/2009-cu ildən başlayaraq təlim kursları keçirilir,vacib  olan bacarıqlara yiyələnmək üçün lazımi şərait yaradılır.Kurikulum islahatı nəticəsində artıq ibtidai təhsil və ümumi orta təhsil səviyyəsi üzrə təlim kursları keçirilmiş və uğurlar əldə edilmişdir.Lakin bütün bunlara baxmayaraq ,yenə də müəyyən çatışmazlıqlar mövcuddur.Mən xüsusilə bölgə müəllimlərinin bu yolda qarşılaşdığı çətinlikləri qeyd etmək istərdim.  Elşən Qafarovun müəllifi olduğu “Həmkara dəstək” metodik vəsait demək olar ki,daha çox  bölgə müəllimləri tərəfindən maraqla qarşılanıb.Bəs,görəsən, vəsait nə üçün sırf bölgə müəllimlərinin  nəzərəçarpacaq  qədər marağına səbəb oldu?

Mən bir neçə məqamı nəzərinizə çatdırmaq istərdim. Bildiyimiz kimi respublikamızın bəzi ucqar rayonlarında heç də bütün müəllimlər sosial şəbəkələrindən istifadə etmirlər.Onlar internet vasitəsilə yayılan suallarla tanış deyillər.Mən bunu kurikulum təlimini aparan zaman müşahidə etmişəm.

Bu cür məhdudiyyətlərin olması müəllim üçün çox çətindir.Hər hansı bir  yeni terminlə  qarşılaşan müəllim çətinliklə üzləşir və nəticədə itirən yenə təhsilimiz və şagirdlərimiz olurdu. Kitabda verilmiş 110 terminin izahı atılmış ən gözəl addımlardan biridir. Adından da göründüyü kimi bu vəsait  məhz həmkara dəstək üçün nəzərdə tutulub. Bölgə müəllimləri 750  test sualını  bir yerdə  toplanmış halda gördükdə çox sevindilər.Çünki kağız çap etməkdən,internetdə  suallara cavab tapmaqdan xilas oldular. Bunu təlimçi həmkarlarım da qeyd edə bilərlər ki, biz təlimlər zamanı həmişə Tezaursları xüsusi qeyd etdirmişik.Xüsusilə bölgə müəllimləri bu sahədə çətinlik çəkiblər.

Kitabda elmi sözlərin mənası həmkarlarımızın işini daha da asanlaşdırır.Bir məqamı vurğulamaq istəyirəm ki,kitabın 34-cü səhifəsində verilmiş şagirdin illik qiymətinin hesablanması cədvəli müəllimlər arasında həm böyük marağa,həm müzakirə və mübahisələrə səbəb olub.Belə ki,bir çox müəllimlər  daha əvvəl təlim kursunu keçdiklərinə görə 7 iyul 2014-cü il 782 №li əmrdən xəbərsiz idilər.Elə məhz dərs ilinin sonunda belə bir vəsaitlə tanışlıq onlar uçun cox faydalı oldu.

Ümumilikdə vəsait həm sınaq qiymətləndirməsində iştirak edəcək, həm də yeni işə qəbul  olmaq istəyən müəllimlər üçün əvəzsiz bir vəsaitdir.Hətta mən deyərdim ki, bu il təlim kursundan keçəcək müəllimlər çox şanslıdırlar. Çünki onların əlində  artıq belə bir kitab var.İstər müəllim, istərsə də  hər hansı bir peşənin sahibi o zaman  uğur əldə edir ki, daim yeniliyə can atsın,yaradıcı olsun,öz üzərində çalışsın.Bu işdə həmkarlarımıza dəstək olan Elşən müəllimə və əzyyəti olan bütün kollektivə təşəkkür edirəm.  Müəllimlərimizin belə bir dəstəyə həqiqətən ehtiyacları var idi.

”Sonuna kimi gedilməmiş yol,heç gedilməmiş yol kimidir !”. Bu yolu sonuna qədər getməyilik,əziz həmkarlar,bax beləcə bir-birimizə dəstək olaraq ,daim öyrənərək, bu yolu qət etməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.

.

 

Məmmədova Nəzakət Ələkbər qızı

Ağdam rayon 139 saylı köçkün ümumi orta məktəbin direktoru

Kurikulum təlimçisi

 

kurik

1 şərh

  1. Sizi salamlayıram, Nəzakət müəllimə. Yazıya görə də sizi təbrik edirəm. Müəllimlərimiz üçün bu gün bu kitabın əhəmiyyəti çoxdur. Mən də kitabla tanış olduğum üçün yazdıqlarınızla tamamilə razıyam.Həmçinin Elşən müəllimi təbrik edirəm. Xeyirli olsun!

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eighteen + thirteen =