Hərdən də, darıxarsan, ağlın başına gələr.

0

Bir gün də görərsən ki, unudulub, getmisən.
Hərdən sınmamaq üçün bu da, xoşuna gələr.
Öz- özünə deyərsən, təklik nə gözəl olur,
Hərdən də, darıxarsan, ağlın başına gələr.

Dərd olmaz bir kimsənin yadına düşməməyin,
Bir bəhanə uydurub, özünü aldadarsan.
Dərd o olar sevdiyin adam da dönük çıxa,
Ürəyinə köz düşər, alov-alov yanarsan.

 

Nə sən geri dönərsən, nə o, sənə qayıdar,
Bütün yaşanmışların hədər olar, puç olar.
Bəlkə də nə zamansa “kaşki” lər dilə gələr,
Onda da, hər şey üçün təəssüfki gec olar.

Gənc yazar Əfsanə Rəvan

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × five =