Hamiləlik sonlandıran dərmanlar əslində nə üçündür?

0

Artıq bir neçə ildir ki, qadınlar arasında hamiləliyi dərmanla sonlandırmaq demək olar ki, “dəbə” düşüb. Arzuolunmaz hamiləlik yaşayan, aborta artıq xərc kimi baxan qadınların əksəriyyəti müxtəlif dərmanlardan istifadə edərək, hamiləliklərini sünu şəkildə sonlandırmağa çalışırlar.

Təbii ki, bu cür sonlandırmalar bəzi qadınlarda uğurla nəticələnsə də, bəzi qadınlarda ölümə də səbəb ola bilir. Çünki insan orqanizmi fərqlidir və onun müxtəlif dərman preparatlarına qarşı reaksiyası da müxtəlifdir.

Qadınlar hamiləlikdən dərmanla can qurtarmağın asan yolunu tapdıqlarını düşündükləri halda bu onların həyatı bahasına başa gəlir. Qadın aptekə gəlir, hamiləiyi sonlandırmaq üçün dərman istəyir. Bir çox əczaçılar da xüsusi xəbərdarlıq etmədən qadınlara daha müxtəlif dərmanlar təklif edirlər. Bu da sonda ölümlə nəticələnir. Elə bir neçə gün öncə Lənkəranda hamiləliyini süni şəkildə dərmanla sonlandırmaq istəyən Günay İbrahimova kimi.

Məlumata görə, 1998-ci il təvəllüdlü və 16 həftəlik hamilə olan Lənkəran şəhər sakini Günay İbrahimova evində hamiləlikdən qurtulmaq (abort) üçün dərman qəbul edib. Qəbul etdiyi dərman 20 yaşlı qadına və bətinindəki körpəyə pis təsir edib. Bu problemlə əlaqədar xəstəxanaya üz tutduqlarında isə artıq gec olub və nəticədə qadın bətnindəki körpə ilə birlikdə vəfat edib.

Əvvəlcə qeyd edək ki, hamiləiyi sonlandırmaq üçün xarici ölkərlərdə müxtəlif iynə-dərmanlar olsa da, bu hələ Azərbaycanda mövcud deyil. Azərbaycanda qadınlar arasında kortəbii şəkildə istifadə edilən dərman isə, mədə üçün olan spazmı aradan qaldıran dərmandır. Bu da öz növbəsində müxtəlif fəsadlarla nəticələnir.

Ev şəraitində, həkim məsləhəti və nəzarəti olmadan hamiləliyi dərmanla sonlandırmaq nə dərəcədə düzgündür? Qadınlara bu dərmanları kim məsləhət görür?

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ginekoloq Rəna Həsənəliyevanən dediyinə görə, hamiləlikdən qurtulmağın ən təhlükəsiz yolu həkim müdaxiləsi ilə gigienik şəraitdə abort edilməkdir. Ancaq bəzən qadınlar abortdan qorxduqları üçün hamiləliklərini ev şəraitində müxtəlif dərmanlarla sonlandırmağa çalışırlar.

Rəna Həsənəliyevanın sözlərinə görə, Azərbaycanda qadınlar əsasən “Cytotec” dərmanından istifadə edir. Dərmanın instruksiyasına görə, mədədə yara yaranmasının, mədənin turşu ifrazının qarşısını alır və bikarbonatı artırır. Cytotec-in əks göstəriciləri isə birbaşa hamiləliklə bağlıdır. Hətta dərmanın instruksiyasında xüsusilə qeyd edilib ki,”hamiləsinizsə və hamilə qalmağı düşünüsünüzsə bu dərmandan istifadə etməyin”.

“Azərbaycanlı qadınlar isə, bu dərmandan hamiləliyin qarşısını alınması üçün istifadə edirlər. Və bu da çox zaman qanaxma ilə nəticələnir.Hamiləliyin hərhansı bir formada sonlandırılması həkim nəzarətində, həkim tərəfindən həyata keçirilməlidir” deyə Həsənəliyeva bildirib.

O, qeyd edib ki, bu dərmanlardan ev şəraitidnə istifadə etmək məsləhət deyil: “Qadınlar çox zaman həkimə müraciət etmədən apteklərə müraciət edir və aptek satıcılarının məsləhəti ilə belə dərmanlardan istifadə edirlər. Ultrasəs müayinəsi olmadan, hamiləliyin uşaqlıq daxilinə düşməsinə əmin olmadan belə dərmanlardan istifadə etmək qəti qadağandır. Hamiləlik uşaqlığın daxilində görünməmiş belə dərmanlardan istifadə etmək boru hamiləliyinə səbəb ola bilər. Bu zaman da daxili qanaxmadan, boru qanaxmasından qadın ölə bilər. Çox təhlükəli bir vəziyyət yaranır. Boru hamiləliyi zamanı boru partlayır və ölümə səbəb olur”.

Həkim bildirir ki, astma xəstəliyindən əziyyət çəkən qadınlar bu dərmanlardan qətiyyən istifadə etməməlidir.

Həsənəliyevanın fikrincə, çox zaman qadınlar abort etdirməmək, artıq xərcə düşməmək üçün belə dərmanlardan istifadə edirlər. Onlar belə hesab edir ki, bu dərmanların vasitəsi ilə də hamiləliyi sonlandırmaq mümkündür. Ancaq təəsüf olsun ki, çox zaman bu fəsadla nəticələnir: “Təbii ki, mənə də belə dərmanlardan istifadə edib, fəsadları ilə qarşılaşan qadınlar müraciət edir. Hər bir qadın bilməlidir ki, dərmandan istifadə zamanı içəridə qalıq qala bilər. İçəridə qalığın qalması sepsis, uşaqlıq yolunun infeksiaysına səbəb ola bilər. Qadın belə dərmanların qəbulundan sonra yenidən hamilə qalma problemi yaşaya bilər. Ağır fəsadlar, septik vəziyyət yarana bilər. Belə dərmanların qəbul edilməsini məsləhət görmürəm”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

6 + eighteen =