Hasil Tağıyev: “Hər dəfə İmişliyə gedəndə, qəlbim, ruhum təzələnir” TƏBRİK ÇƏLƏNGİ 10 MAY

0

(Müsahibimiz  kulturoloq, Qaydış  İçtimai Birliyinin sədri Tağıyev Hasil Feyruz oğludur.)

 Hasil müəllim , ilk öncə Sizi 10 may  doğum gününüz münasibətilə təbrik edirik.

Sağ olun , minnətdaram .

   Nə gözəl ki,  Sizin  üçün  sevincli bir gündə, doğum gününüzdə görüşürük. Bəzi məqamlara aydınlıq gətirməyinizi istəyirik. Siz 13 ildən artıq İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinə rəhbərlik etmisiniz . Necə oldu ki, vəzifədən və doğma İmişlidən getdiniz ?

Bəli, mən Mədəniyyət və Turizm Şöbəsində müdir işlədiyim müddətdə səhətimdə çiddi problemlər yarandı. Aldığım əməliyyatlar imkan vermədi ki, altı ay işə çıxım. Ərzəmlə işdən çıxdım. Bir ildən sonra cənab nazirmiz Ə.Qarayev məni Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzə işə göndərdi. Bakı şəhərinə köçdüm və orada əmək fəaliyyətimi davam etdirdim.

  • İstedadlı kulturoloq , təcrübəli mədəniyyət təşkilatçısının övladları hansı peşə sahibidirlər?
  • İki qızım var : Həmidə və Şəkər . Hər ikisi mənim sevimli peşəmin davamçısıdırlar Universitet təhsilindən sonra mədəniyyətmizin müxtəlif sahələrində işləyirlər.

Siz bir müsahibə vermişdiniz:  “ İmişliyə və imişlilərə məhəbbətim sonsuzdur” . Hər kəs üçün maraqlı oldu. Bu sevginin kökündə nə dayanır?

İmişlidə doğulmuşam.Orada işləmişəm və uğurlu fəaliyyətim hər zaman təqdir olunub. Əzizlərim orada yaşayırlar. Atamın –anamın qəbri o torpaqdadır. O torpağa, o torpağın insanlarına sevgim sonsuzdur. Hər dəfə İmişliyə gedəndə, doğma insanlarla birgə olanda qəlbim , ruhum təzələnir, sevincimin həddi –hüdudu olmur.

Hasil müəllim, Sizi sevənlərin  iş yeriniz və peşə fəaliyyətiniz barədə maraqlandıqlarının şahidi olmuşam. Bəlkə bu barədə danışasınız ?

Mən bir kulturoloq kimi Azərbaycan mədəniyyətinin inkişafına hər zaman öz töhfələrimi verirəm. Qaydış İçtimai Birliyinin sədri kimi mədəniyyətmizin zəngin ənənələrinin qorunması , tarixi yer və abudələrmizin gənclərmizə öyrədilməsi ilə məşğulam. Eyni zamanda Binəqədi “ 7 MMMC” nin İdarə Heyətinin  sədriyəm. Dostlarım , tələbə və iş yoldaşlarımla əlqəm var.Kiminsə məni araması , maraqlanması düzü məni çox sevindirir. Sizə də  təşəkkürümü bildirirəm.

Hasil müəllim, bir daha doğum gününüzü təbrik edirik. Uzun ömür –cansağlığı arzulayırıq. Səhətinizdə olan problemlər arxada qalmış olsun. Siz Azərbaycan mədəniyyəti üçün dəyərli bir kulturoloq, bir insan, bir təşkilatçısınız. Tanıyanların sevgisi Sizinlədir. Uğurlar olsun.

Müsahibəni apardı:     Nicat Ülfətoğlu

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

17 + eighteen =