Son günlər sosial şəbəkələrdə həkim məsuliyyətsizliyi ucbatından baş verən ölüm hadisələri geniş müzakirə olunmaqdadır.
Millixəbər.az oxu.az-a istinadən xəbər verir ki, tanınmış aktrisa Çimnaz Sultanovanın ölümü bu mövzunu yenidən gündəmə gətirdi.
Bağırsaq xərçəngi diaqnozu qoyulan Çimnaz Sultanova iki fərqli xəstəxanada əməliyyat olunmuşdu. Lakin yaxınlarının iddiasına görə, yanlış icra edilən cərrahi müdaxilə aktrisanın həyatına son qoydu.
Bəs görəsən, həkimlər, cərrahlar hansı hallarda xəstənin müalicəsindən, əməliyyatdan imtina edə bilərlər? Əməliyyatla sağalmaq ehtimalı olmayan xəstənin əməliyyatının icrasından həkim imtina edə bilərmi?
Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, bu məsələ qanunla tənzimlənir.
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən, pasiyentin həyatı təhlükə altında olmadıqda və o, həkim təyinatını yerinə yetirmədikdə, yaxud müəssisənin daxili qaydalarını pozduqda müvafiq rəhbər şəxslə razılıq əsasında müalicə həkimi pasiyenti müşahidə və müalicə etməkdən imtina edə bilər", - deyə açıqlamada vurğulanır.
Qeyd edək ki, bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir.
Həkim hansı hallarda xəstənin müalicəsindən imtina edə bilər?
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.