Hikmət Hacıyev: “Ermənilər absurd iddialarını sübut etməyə cəhd edir” MÜNASİBƏT

0

“Ermənistan XİN-in növbəti qeyri-etik şərhləri ilə əlaqədar bildiririk ki, milyonların kumiri olan Polad Bülbüloğlu özünün peşəkarlığı, istedadı və yüksək mənəvi keyfiyyətləri ilə pərəstişkarlarının rəğbətini qazananda Ermənistan XİN-in mətbuat katibi, çox güman ki, əlifbanı öyrənirdi. Əslən Şuşa şəhərindən olan Polad Bülbüloğlu Azərbaycanın böyük oğludur və vətənpərvər şəxsiyyətdir”. Millixəbər.az xəbər verir ki,  bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN sözçüsünün sözlərinə görə, “peşəkar ali təhsilli” erməni “diplomatları” dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş beynəlxalq hüquq və normativ-hüquqi sənədləri özlərinə məxsus tərzdə şərh etməyə çalışır, dünyaya öz absurd iddialarını sübut etməyə cəhd edirlər.

O, deyib ki, bunun bariz nümunəsi kimi, bir qədər əvvəl Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryanın Azərbaycanın Rusiyadakı səfirinin fəaliyyəti barədə söylədiyi yalan və bayağı açıqlamalarını göstərmək olar. İndi isə bu yolu həmin strukturun mətbuat katibi davam etdirir.

“Ermənistanın rəsmilərinə Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının məlum qətnaməsinə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən beynəlxalq ictimaiyyətə qulaq asmağı, Ermənistana artıq 28 il ərzində şamil edilən “təcavüzkar” və “işğalçı” damğasından xilas olunmağı tövsiyə edirik”, deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan XİN mətbuat katibi Tiqran Balayan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu barəsində tənqidi fikirlər  səsləndirib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seventeen − ten =