“Hilal Group” MMC-nin təsis etdiyi mükafatın layihəsinin təqdimatı olmuşdur

0

Qazaxda “Hilal Group” MMC-nin təsis etdiyi mükafatın layihəsinin təqdimatı olmuşdur. Təqdimat mərasimində rayonun tam orta məktəblərin direktorları, onların müavinləri, QHT və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Rayon Təhsil şöbəsinin müdir müavini Zakir Nəsibov açaraq toplantının əsas mahiyyəti və məqsədi barədə ətraflı məlumat vermişdir.

Millixəbər.az ın məlumatina görə, Layihənin təşkilat komitəsinin üzvü Yusif Alıyev geniş məruzə etmişdir. Birldirilmişdir ki, “Hilal Group” MMC-nin təsis etdiyi “Hilal” mükafatı hər il Qazax rayonu üzrə tam orta məktəblərin abituriyentləri arasında ən yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan tələbələrin və ən yüksək balla BDU-nun Qazax filialına qəbul olmuş yerli qeydiyyatlı tələbələrin mükafatlandırılması üçün təsis olunmuşdur.
Mükafatlandırma iki nominasiya üzrə həyata keçirilir. Birinci nominasiya üzrə pul mükafatı və diplom, ikinci nominasiya üzrə BDU-nun Qazax filialına ən yüksək balla qəbul olmuş yerli qeydiyyatlı abituriyentə pul mükafatı və diplom təqdim edilir.
Sonra tədbir iştirakçıları “Hilal” mükafatlandırlmasını keçirmək üçün yaradılmış təşkilat komitəsinin üzvləri ilə tanış olmuşlar.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × one =