Hulusi Akar “Xocalı faciəsi 29-cu ildönümündə” foto sərgisinin açılışında iştirak edib – VİDEO

0

İstanbul şəhərində yerləşən Mərkəzi Zabitlər Evində “Xocalı faciəsi 29-cu ildönümündə” foto sərgisi açılıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Açılış mərasimində Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları Komandanı Ümit Dündar və qardaş ölkənin digər hərbi qurumlarının komandanları iştirak ediblər.

Foto sərgidə çıxış edən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Xocalı qətliamını unutmadıqlarını söyləyib:

“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Bu qətliamı unutmadıq, unutmayacağıq. Keçmişi əsla unutmayacağıq, fəqət gələcəyə baxacağıq. Xocalıda şəhid edilən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm”.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

sixteen + 13 =