Hüseyn Nuriyev: LNS şirkəti olaraq xeyriyə aksiyalarını gələcəkdə də davam etdirəcəyik

0

El arasında belə bir zərb məsəl var:”Əl tutmaq Əlidən qalıb”deyirlər.Əslindəbu zərb məsəl dərin bir hikməti,böyük bir mənanı ifadə edir. Çünki yaşadığı ömrün yollarında  xeyirxah əməlləri ilə silinməz izlər buraxan, xeyirxahlıq əməlləri ilə bu gün də yardıma sevgiyə, sevincə ehtiyacı olan insanlara köməklik göstərən LNS şirkəti “Bilik Günü” ilə bağlı Qadın və Uşaq sığınacağında xeyriyyə aksiyası təşkil edib. Şirkət sığınacaqda məskunlaşmış uşaqlara və böyüklərə sovqat paylayıb.  LNS  bununla da ənənəsinə sadiq qalaraq sığıncağında məskunlaşanlara bir daha sevinc dolu anlar yaşadıb.

“Bilik Günü” ilə bağlı şirkət rəhbərliyi tərəfindən  uşaqlara məktəb ləvazamatları, sok çəkən maşın, müxtəlif növ hədiyyələr o cümlədən, hər bir uşağın arzusu olan futbol, valeybol və basketbol topları, oyun meydançası, hətta onların ehtiyyacı olan bir çox maraqlı hədiyyələr təqdim edərək uşaqları sevindirib.

LNS şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Hüseyn Nuriyev bildirdi ki, xeyriyyə aksiyaları nəyin ki, Bakıda, bölgələrimizdə də mütəmadi olaraq keçirilir.Şirkət rəsmisi onu da xüsusi olaraq qeyd etdi ki, cənab Prezident İlham Əliyevin kimsəsiz ailə və uşaqlara, ehtiyacı olan vətəndaşlarımıza göstərdiyi diqqət və qayğı bizim kimi şirkətləri də bu yöndə fəaliyyət göstərəməyə ruhlandır. LNS olaraq belə xeyriyyə məqsədli tədbirlərimizi gələcəkdə də davam etdirəcəyik.

 

LNS şirkətinin Azərbaycan nümayəndəliyinin Reklam üzrə baş meneceri İranə Nəcəfova Şirkətin xeyriyyə məqsədli tədbirlərindən danışarkən qeyd etdi ki,bu cür xeyriyyə məqsədli tədbirlər hər zaman regionlarımızda uğurla keçirilir, Belə tədbirləri keçirməklə şirkət insanlara daha da yaxın olmaq oların sevindirərək həyata nikbin baxmalarına böyük təkan olur. Xeyriyyə yönümlü tədbir və aksiyalar gələcəkdə davam etdirləcək.

Müəllif:Elyanə Dilbazi

Millixəbər.az

 


 

 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 × two =