Hüseynova İlahə: Sevinc və qürur hissini hər hansı bir sözlərlə ifadə etmək olduqca çətindir.

0

Millixəbər.az olaraq Qubadlı şəhəri Həkəri kəndindən olan milli ruhlu, vətənpərvər xanım ziyalımızın işğaldan azad edilmiş Qubadlı ilə  bağlı təəssüratlarını sizinlə bölüşürük.

İlahe xanım ilk önce sizi tanıyaq.

– Mən Hüseynova İlahə Ağamir qızı 12 avqust 1991cı il Sumqayıt şəhərində anadan olmuşam. Əslən Qarabağın gözəl guşələrindən olan Qubadlı şəhəri Həkəri kəndindənəm. İxtisasca Həkiməm, amma bununla yanaşı 5 il Ukrayna Azərbaycanlı Gənclər birliyi Vinnitsya vilayətinnin sədri vəzifəsində çalışmışam. Çalışdığım müddətcə həmişə Vətənpərvər Azərbaycan vətəndaşı olaraq ən əsası da Qarabağlı olaraq, Ukrayna və digər ölkə nümayəndələrinə Qarabağ Həqiqətlərini, Azərbaycanın milli mədəni irsini, tarixini, təbiiətini metbexini tanıtmağa çalışmışam. Sayını hesabını itirdiyim anım günləri, tədbirlər təşkil etmişəm. Hal hazırda Vətənimdəyəm və həkimlik fəaliyyətimə davam edirəm.

İlahə xanım Cənab Ali Baş Komandanın və Rəşadətli ordumuzun sayəsində Qubadlı şəhərinin işğaldan azad edilməsi xəbərini necə qarşıladınız?

– Keçirdiyimiz sevinc və qürur hissini hər hansı bir sözlərlə ifadə etmək olduqca çətindir. İlk önce fürsətdən istifadə edib Ulu Öndəriimiz Heydər Əliyevin davamçısı Prezidentimiz Ali Baş Komandanımız İlham Əliyev cənablarına və rəşadətli, məğrur, cəsur, igid Azərbaycan ordusuna bu sevinci bizlərə yaşatdığı üçün, öz və ailəm adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Qubadlı rayonu gözəl tebiiəti qonaqpərvər sakinləri və iki böyük Həkəri ve Bərguşad çaylariyla məşurdur Qubadlı rayonun simvolu qılınc və qələmdir 20 ilə yaxın Zəngəzurda Azadlıq Xalq hərəkatına başçılıq etmiş Naçaq Nəbi və həyat yoldaşı Həcər xanımı, Azərbaycanda ilk “Qızıl Qələm” lauriyyati mükafatına layiq görülmüş Süleyman Rəhimovu misal göstərmək olar Bununla yanaşı Azərbaycanda sağlığında ilk Milli Qəhraman adına layiq görülən və Qubadlı döyüşlərində şəhid olan Polkovnik leytinant Şükür Həmidovu, hal hazırda bir çox şəhər və yüksəklikliərimizi işğaldan azad edən General Mayor Mayıs Bərxudarovu, Arif Heydərovu, Valeh Bərşadlını, 30 yaşında General rütbəsinə layiq görülmüş Tahir Əliyevi qeyd etmek istərdim. Şeirləri dillər əzbəri olan Ramiz Rövşəndə bu elin yetirməsidir Azərbaycan SSRİ mərkəzi komitəsinin üzlərinin 9 dan 5 nəfəri Qubadlı şəhərinin yetirməsidir Bu siyahını uzatmaq olar amma məncə bu qədəri kifayətdir..

Bir həkim kimi Qubadlı ilə bağlı arzu və diləklərinizi bilmək istərdik.

– İlk öncə qısa müddətdə bütün işğal olunmuş torpaqlarımızın düşmən tapdağı altından azad olunmasını diləyirəm. Məsələn düşmənin xarabazara çevirdiyi Qubadlıda böyük hospital tikilsin istəyirəm. Savadlı kadırlariyla, tibbi yenilikləri ilə bütün dünyaya səs salsın. Mənim üçündə böyük qürur, fəxr olar, çoxdankı arzuma çataraq: həkim kimi həmyerlilərimə xidmət edərəm…

Allah bu haqlı savasimizda əsgərlərimizə güc qüvvət versin. Qarabağda görüşmək ümidi ilə Qələbə bizimlədir Qalib bir xalqın fərdi olmaq şərəfdir. Qarabağ Azərbaycandır!

Haqq bizimlədi, zəfər bizimlədir, qələbə Azərbyacanladır.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

12 − seven =