Qayğı və Himayə Fondu 7 №-li tam orta məktəbdə “Dilimiz milli sərvətimizdir” adlı tədbir keçirdi-FOTOLAR

0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının“Gənclər arasında Azərbaycan  ədəbi  dilinin populyarlaşması, zənginləşdirilməsi və dəstəklənməsi” layihəsi çərçivəsində “Qayğı və Himayə Xeyriyyə Fondu”nun, Səbail rayon M.Rahim adına 7 №-li tam orta məktəbin birgə təşkilatçılığı ilə 19.10.2018-ci il tarixində “Dilimiz milli sərvətimizdir” adlı tədbir keçirildi.

Tədbirdə Qayğı və Himayə Xeyriyyə Fondunun sədri, şairə Gülayə Rzayeva , Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin sədri, Ədəbiyyat qəzetinin şöbə müdiri Sərvaz Hüseynoğlu, Ulduz jurnalının şöbə müdirləri Dayandur Sevgin və Fərqanə Mehdiyeva, Millixəbər.az informasiya portalının rəhbəri Zamin Zeynal iştirak edirdi.

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin ana dilin inkişafına göstərdiyi dəqqət və qayğıdan söz açdılar. Qeyd etdilər ki, dilin saflaşması istiqamətində hər bir bir Azərbaycan vətəndaşı öz tövhəsini verməlidir.Ana dilimizi qorumaq öz dilimizlə vətənimizi dünyada təmsil etməyin önəmliliyindən danışdılar.Televizya və radio verlişlərində aparıcıların və verlişlərdə iştirak edənlərin,xüsusilə də KİV-lərdə ana dilimizin qayda- qanunlarına rəyət edilməsinin vacibliyindən bəhs etdilər.

Dilimizin toxunulmazlığı və saflığının qorunması ideyasının ilk növbədə orta məktəblərdə təhsil alan hər bir şagirdin təhsil aldığı illərdə ana dilimizə məhəbbətlə böyütməyin vacibliyindən və bu sahədə ali və orta təhsil müəssisələrinin üzərinə düşən böyük məsuliyyətdən söhbət açdılar.

Qeyd edək ki, şagirdlər diskussiyada aktiv iştirak etdilər. Onları maraqlandıran suallarla  müraciət edərək öz fikirlərini bildirdilər.

Jalə Asiman Millixəbər.az


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two − 2 =