İctimai Birlik tərəfindən AĞDAMDA şəhidlərin adını daşıyan bulaq və iki ədəd subartezian quyusu istifadəyə verilib-FOTOLAR

0

Ağdam rayonunun Quzanlı və Bənövşələr qəsəbələrində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə qazılan iki ədəd subartezian quyusunun və Azərbaycanın Milli qəhrəmanları Allahverdi Bağırov, Asif Məhərrəmov, Muxtar Qasımov, Canpolad Rzayev, Nadir Əliyev, 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olmuş polkovnik-leytenant Raqub Orucov adına tikilmiş iki bulağın açılışı olub.

Millixəbər.az xəbər verir ki, rayon ictimaiyyətinin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin və qəsəbə sakinlərinin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov və başqaları çıxış edərək, sakinləri subartezian quyularının və bulaqların istifadəyə verilməsi münasibətilə təbrik edib, xeyriyyə tədbirini yüksək qiymətləndiriblər. Bildirilib ki, bundan əvvəl də Ağdam rayonunun işğal altında olmayan ərazilərində İctimai Birlik tərəfindən iki ədəd subartezian quyusu və iki bulaq istifadəyə verilib.

Qəsəbə sakinləri xeyirxah işə və şəhidlərin xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara təşəkkür ediblər.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

16 − 1 =