İctimai-siyasi fəal gənc Tural Məmmədovun namizədliyi qeydə alınıb

0

 Tural Məmmədov: Çevik və yeni təbliğat texnikalarından istifadə edəcəyik

Xalqinfo.az xəbər portalının baş direktoru Tural Məmmədov fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi qeydə alınıb.

Millixəbər.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdəki səhifəsində yazıb.

“Əziz dostlar, Sizinlə çox vacib bir xəbəri bölüşmək istəyirəm. Deputatlığa namizədliyimiz rəsmən qeydə alındı. Çevik və yeni təbliğat texnikalarından istifadə edəcəyik. Hər kəsə uğurlar”.

Qeyd etmək lazımdır ki, Tural Məmmədov Heydər Əliyev ideyalarının təbliğində xüsusi fərqlənən ictimai-siyasi gənclərdən biridir.

T.Məmmədov bundan əlavə gənc tarixçi kimi Təhsil Nazirliyinin 1137 saylı əmri əsasında ilk dəfə “Azərbaycan tarixi “Abituriyentlər üçün dərs vəsaitinin müəlifidir. Gənc fəal həmdə natiqlik bacarığı ilə fərqlənir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seven − five =