İctimai Şuraların inkişafında medianın rolu mövzusunda görüş keçirildi

0
Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elçin Quliyev, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini,  Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü Umud Mirzəyev ilə görüş keçirdi.
Millixəbər.az xəbər verir ki, İctimai Şuranın sədri Elçin Quliyevin və fəal üzvlərindən,”Vətən Müharibəsi Əlillərinə Kömək”İctimai Birliyinin icraçı direktoru,Millixəbər.az informasiya portalının rəhbəri Zamin Zeynalovun iştirakı ilə keçirilən görüş zamanı Umud Mirzəyevin həyat və yaradıcılığından söz edildi. Həmçinin Umud Mirzəyevin jurnalistika sahəsində fəaliyyətindən danışıldı.
İctimai Şuranın sədri qeyd etdi ki, Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuat siyasəti bu gün prezident İlham Əliyev tərəfindən şərəf və ləyaqətlə davam etdirilir. Bu günlərdə mətbuat cəbhəsində mübarizə aparan, Qarabağ həqiqətlərini dünyaya duyuran jurnalistlərin fəaliyyəti xüsusiylə diqqətə layiqdir. Mətbuat mənsubları insanların düzgün məlumatlar əldə etməsində, mariflənməsində xüsusi rola malikdirlər. Bu gündə dövlətimiz tərəfindən jurnalistlərin, yaradıcı insanların fəaliyyəti layiqincə qiymətləndirilir.
Umud Mirzəyev bildirdi ki, Azərbaycan mətbuatı cəmiyyətimizin ümumiyyətlə Azərbaycanın inkişafında mühüm rol oynayır. Media mənsubları Azərbaycanda ictimai fikrin formalaşmasında, cəmiyyətlə dövlət arasında münasibətlərin inkişafında yaxından iştirak edir. Bu gündə medianın inkişafı diqqətə layiqdir. Azərbaycan mətbuatının fəaliyyətinə və inkişafına dövlət tərəfindən də çox böyük önəm verilir.
Sonda Umud Mirzəyev Abşeron rayon İcra başçısı İradə Gülməmmədovaya və İctimai Şuranın sədrinə öz təşəkkürünü bildirdi.

Millixəbər.az 


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 − 19 =