İdman adına rəzalət: Saxta dünya çempionları peyda olub

0

Millixəbər.az xəbər verir ki, 8.10.2017. Tanınmış idmançı, Kikboksinq Federasiyasının vitse-prezidenti, kikboks idman növü üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş Güloğlan Cabbarov özünü idmançı kimi təqdim edən bəzi saxta çempionlara ciddi iradını bildirib. Newscenter.az-ın xəbərinə görə, o, qeyd edib ki, məşqcilərimizi və kikboksçuları gözdən salan bu cür saxta Dünya çempionlarına dur demək lazımdır: “Ayıb olsun haqsızlara, bütün günü zallarda, yığmanın yarışlarında canını qoyan idmançıların haqqına girən insanlara”. Güloğlan Cabbarov deyib ki, bəziləri isə hətta uniformada olduğu halda Wako Dünya çempionuyam deyir: “Bundan sonra hansı idmançı yalandan Kiqboksun adından Dünya çempionuyam söyləsə, rəsmi şəkildə ifşa edəcəm. Bildiyiniz kimi, Wako üzrə Kikboksinq Dünya Çempionatı Macarıstanın Budapeşt şəhərində keçiriləcək və orada keçirilən yarışlarda əsl çempionlarımızı görə biləcəyik”.


Millixəbər.az: Nuranə Abdullayeva

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 − eight =